Sağlamlıq

Uşaqlarda koronavirus simptomları AŞKARLANDI

6 İyul 2020 22:58
Baxış: 2 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir qrup elm adamı, COVID-19 olan uşaqlarda nadir simptomları araşdırıblar.

Milli.Az xəbər verir ki, tədqiqatçılar uşaqların mərkəzi və periferik sinir sisteminə təsir edən nevroloji dəyişikliklərə məruz qala biləcəyini müəyyən ediblər.

İlk dəfə olaraq nevroloji pozuntular haqqında ingilis tibb elimləri doktoru Omar Abdel-Mannan məlumat verib. O, COVID-19 olan uşaqlarda nevroloji problemlərin bir neçə halını təsvir edib.

Dədqiqatda 27 COVİD-19 xəstəsi iştirak edib. Tədqiqatçılar koronavirusdan əvvəl heç bir sağlamlıq problemi olmayan dörd xəstənin (14,8%) ensefalopatiya, baş ağrısı, əzələ zəifliyi və reflekslərin azalması daxil olmaqla yeni nevroloji simptomların ortaya çıxdığını tapıblar.

Müalicə üçün həmin 4 xəstə reanimasiya şöbəsinə yerləşdiriliblər. Beynin maqnit rezonans tomoqrafiyası zamanı dörd xəstənin hər birində dəyişikliklər müşahidə olunub.

Xəstələrin üçü elektroensefalografiya aparılıb və onlarda aktivliyin zəifləməsi aşkar edilib. Sinir keçiriciliyi üçün sınaqdan keçirilmiş hər üç xəstədə yüngül miyopatik və nöropatik dəyişikliklər müşahidə edilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.