Sağlamlıq

İsti hava şəraiti koronavirusun yayılmasına necə təsir göstərir?

12 İyun 2020 23:34
0 Şərh     Baxış: 2 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ultrabənövşəyi şüalar virusa öldürücü təsir göstərir. Buna baxmayaraq, COVID-19 infeksiyasının yoluxma tempi zəifləməyə bilər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu, akademik Nikolay Briko bildirib. Onun sözlərinə görə, insanlar məhdudlaşdırıcı tədbirlərə əməl etsələr, iyun ayında yoluxmaların tədricən azalması ilə nəticələnən epidemiyanın əks fazası başlaya bilər.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:00-a olan məlumatına əsasən, dünyada 7 milyon 616 mindən çox yoluxma və 424 min 228 ölüm faktı qeydə alınıb, 3 milyon 854 min 968 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.