Sağlamlıq

Yapon həkimlərdən koronavirus xəstələri üçün inanılmaz metod

27 Aprel 2020 21:59
1 Şərh     Baxış: 1 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yapon həkimlər qrupu koronavirus xəstələrini qan plazması vasitəsilə müalicə etmək üçün kliniki sınaqlara başlayıblar.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Qlobal Səhiyyə və Tibb üzrə Dövlət Mərkəzinin həkimləri bununla əlaqədar etika komitəsinin razılığını alıblar.

Metoda əsasən bu xəstələrə koronavirusa yoluxaraq sağalmış insanların qan plazmasının köçürülməsi nəzərdə tutulur. Həmin plazma virusa qarşı immunitet yaradan anticismlərə malikdir.

Çində ağır xəstələrin müalicəsi məqsədilə bu metoddan istifadənin uğurlu nəticələr verdiyi bildirilir.

Yapon həkimlərin sınaqlar zamanı 50 sağalmış insanın hər birindən 400 millilitr qan götürərək 50 xəstəyə köçürəcəyi bildirilir. Onlar bunun üçün donor qanını gələn həftə əldə etməyi və may ayından başlayaraq bu qanı xəstələrə köçürməyi planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.