Sağlamlıq

Bu 2 ərzaq infarkt və insultdan qoruyur

25 May 2020 21:30
0 Şərh     Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

D vitamini ilə zəngin qidalar ürək beyin və damarları üçün çox faydalıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Afina Universitetinin alimləri 2 qidanın infarkt və insulta qarşı təsirli olduğunu sübut edib.

Journal of Human Nutrition and Dietetics dərgisində son elmi tədqiqatda 4000 nəfər qadın və kişinin üzərində 2001-2012 ci illərdə apardıqları qeyd olunub.

Bu adamların 10 il ərzində aylıq qida rasionu və ürək-damarlarının vəziyyəti qeydə alınırdı.

Toplanmış məlumatların analizi göstərdi ki, bu insanlar arasında rasionunda D vitamini ilə zəngin qidalar, xüsusən yumurta, sarı pendir, balıq olanlarda ürək-damar, beyin problemləri ən aşağı səviyyədə olub.

Xüsusən bu qidaların effekti kişilərdə aydın görünüb. Bu qidaları az yeyən kişilərin 24%-i infarkt, 23%-i insult keçirib. Qadınlarda bu rəqəmlər bir qədər azdır.

Alimlər qeyd edib ki, D vitamini əlavəli BAD-ların, yəni sintetik vitaminlərin ürək-damar və beyinə belə təsiri hələ sübut olunmayıb. Ona görə məhz qidalardan bu vitamini almaq vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.