Sağlamlıq

Koronavirusla bağlı əhaliyə tövsiyələr

29 Yanvar 2020 13:01
1 Şərh     Baxış: 4 368

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə tövsiyələri açıqlayıb.

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, bu tövsiyələr aşağıdakılardır:

• Əllərinizi yuyun

• öskürdükdən və asqırdıqdan sonra

• xəstələrə qulluq edərkən

• yemək hazırlayərkən, əvvəl və sonra

• yeməkdən əvvəl

• tualet istifadəsindən sonra

• əllər vizual olaraq çirkli göründükdə

• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra.

Əllərinizi yuyun

• Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun.

• Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin.

Başqalarını xəstələnmədən qoruyun

• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün.

• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın.

• Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun.

Özünüzü xəstələnməkdən qoruyun

Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin.

Qida təhlükəsizliyini tətbiq edin

Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin.

Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun.

Xəstə və ölü heyvanlar yeyilməməlidir.

Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər. 

Sağlam qalın!

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.

Gözlərə, burun və ya ağzınıza toxunmayın.  

Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin. 

Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin.

Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin.

Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin

İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın.

Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin.

Koronavirus infeksiyası riskini azaldın:

Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun

Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın

Ət məhsullarını və yumurtanı tam bişirin

Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin.

Milli.Az

 
loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Zuni · 29 Yanvar 14:0813

    Dünennen banani da deyirler yemeyin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.