Sağlamlıq

Heydər Əliyev Fondunun dəstəyi ilə Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

9 Yanvar 2020 18:39
Baxış: 1 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev qısa vaxtda yenidən əməliyyat olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gülalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə sabah Oqtay Gülalıyevin əməliyyat olunacağı gözlənilir. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcək əməliyyat zamanı xəstənin beynində maye yığılmasına qarşı şunt əməliyyatı aparılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.