Sağlamlıq

Rasionunuzda həmişə olmalı 3 super məhsul

15 Dekabr 2019 20:09
0 Şərh     Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Minimum üç super məhsul var ki, onlar həmişə sizin rasionunuzda olmalıdır. Həmin məhsulların istifadəsi iltihab və müxtəlif xəstəliklərin qarşısını alır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mütəxəssislərin fikirlərini "Domaşni oçaq" jurnalı dərc edib.

Həmin üç super məhsulu sizə təqdim edirik:

Yumurta. Orqanizmi dəyərli nutrientlərlə təmin edən ən yaxşı əlçətan məhsullardan biridir. Bir orta ölçülü yumurta bizə 6 qram zülal verir və bundan əlavə, onun tərkibində yüksək miqdarda A, B, D vitaminləri, kalium mineralı var. Mütəxəssislərin fikrinə görə, yumurtanın istifadəsi ürək xəstəlikləri riskini aşağı salır, onların sarısı isə xolesterinin artması ilə heç cür bağlı deyil.

Qırmızı bolqar bibəri. Onun tərkibində C vitamininin miqdarı portağaldakından iki dəfə çoxdur. Bundan başqa, qırmızı bolqar bibərinin tərkibində antioksidant xüsusiyyətlərə malik beta-karotin və likopin var. Bibərin istifadəsi orqanizmin hüceyrələrini oksidləşdirici stres və dağılmadan qoruyur, immun sistemini xərçənglə mübarizədə möhkəmləndirir.

Zeytun yağı. O, orqanizmə lazım olan bütün sağlam yağlarla zəngindir, iltihabi əleyhinə təsir göstərir, qanda xolesterin və şəkərin səviyyəsini aşağı salır. Zeytun yağı ürək xəstəliklərindən effektiv qoruyur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.