Sağlamlıq

Asqıranda burun və ağzınızı tutmayın - AĞIR FƏSADLAR

24 Fevral 2020 07:14
0 Şərh     Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən biz asqıranda ağız və burnumuzu tuturuq. Lakin mütəxəssislərin fikrinə görə, bu çox ziyanlı və təhlükəli adətdir.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, Lester Universiteti hospitalında çalışan həkimlər BMJ Case Reports jurnalında dərc olunmuş məqalədə bu haqda xəbərdarlıq edir.

Asqırma şərtsiz refleksdir. Asqırma zamanı hava axını burundan sürətlə çıxır ki, bu zaman burnumuz toz, allergenlər və selikdən azad olur.

Asqırma zamanı burundan çıxan havanın sürəti 120 m/san, daxili divarlara olan təzyiq isə 100 mm c.st. təşkil edir. Əgər asqırma zamanı siz burnunuzu tutursunuzsa, güclü hava axını burun-udlaq və qulaqda olan evstaxiy borusuna yönələcək ki, bu da təzyiqin xeyli artmasına səbəb olacaq. Nəticədə damarlar, daxili qulaq və qulaq pərdəsi zədələnə bilər.

Bundan əlavə insanda baş ağrısı əmələ gələ bilər.

Daha ağır fəsadlar arasında:

- qida borusu divarının yırtılması (Bu yaxınlarda belə hadisə Böyük Britaniya qeydə alınıb.)

- qulaq pərdəsinin deşilməsi

- beyin anevrizmasının yırtıqlması (ölümlə nəticələnə bilər).

Beləliklə, alimlər asqırma zamanı burun və ağızı sıxmağı tövsiyə etmir. Ədəb qaydalarına riayət etmək üçün dəsmaldan istifadə edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.