Sağlamlıq

Ev şəraitində DABAN ÇATLARInın müalicəsi

5 İyul 2019 22:12
0 Şərh     Baxış: 7 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daban çatları həm kosmetik qüsur yaradır, həm də ağrılara səbəb olur.

Milli.Az saglamolun.az-a istinadən belə çatları ev şəraitində müalicə etmək üçün çox sadə vasitəni təqdim edir. Bu naşatır spirti ilə qliserinin qarışığıdır (hər ikisi apteklərdə çox ucuz qiymətə satılır).

Ayaqlarınıza isti vanna edin. Suya sabun və soda əlavə edin. Dəri yumşalandan sonra daban daşı ilə yaxşı təmizləyin.  

Naşatır spirti ilə qliserini qarışdırın (vasitələr eyni miqdarda götürülür). Hazır qarışığı soyuducuda saxlayın.

Qarışıqda tənzif isladın, dabanların üzərinə qoyun, üzərini polietilenlə bağlayın və pambıq corab geyinin. Bunu axşamdan edin. Səhər kompresi götürün, ayaqlarınızı yuyun, daban daşı ilə təmizləyin.

Bu prosedurları 3-4 gün ərzində etdikdən sonra çatlar adətən sağalır.

Çatlar çox dərindirsə, bu resept kömək etməyə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.