Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir - Türkiyəli kardioloq açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ürək ritmi sağlamlığınız haqqında ən ciddi göstəricidir. Ürək ritmi orta hesabla 60-100 arası olursa, normaldır. Lakin döyüntü bundan yüksək olarsa, müəyyən xəstəliklərə işarədir.
Milli.Az medicina.az-a istinadən türkiyəli kardioloq Dəniz Şəkərin mövzu ilə bağlı açqılamasını təqdim edir.
Həkimin sözlərinə görə, normalda ürək ritmi 60-100 arası dəyişir: "Mütəmadi olaraq, fiziki məşqlə məşğul olanlarda ürək döyüntüsü dəqiqədə 60 və ya ondan da aşağı ola bilir. Lakin 50-dən aşağı olması qəbulolunmazdır. 100-dən yuxarı da normal hesab olunmur. Bəzi hallarda heç bir xəstəlik olmasa da, nəbz 80 və yaxud daha çox vura bilir. Dincəldikdə isə bəzi insanlarda nəbzin ritmi aşağı düşür. Belə halda özbaşınıza sağlamlıq haqqında hər hansı qərar qəbul etməyin. Mütləq həkimə gedin".
Uzman kardioloq deyir ki, ürək ritminin yüksək olması bəzi xəstəliklərdən xəbər verir. Tez-tez döyünən ürəyin kökündə bir neçə xəstəliklər yatır.
• Mitral qapaq çatışmazlığı
• Ürək əzələsi ilə əlaqədar problemlər
• Ürək damarlarında tıxanma ya da daralma
• Ürəyin fəaliyyətində yaranan problemlər
• Qan azlığı
• Ağciyər problemi
• Hipertireoz
• Yüksək temperatur
• Bəzi infeksiyalar
• Bazı enfeksiyonlar
Bir dəfə nəbzi yoxlamaqla hər hansı xəstəlik haqqında qərar qəbul etmək mümkün deyil. Fərdin ani həyəcanı nəbzin ritmini artıra bilir. Eyni zamanda tox olmaq və yaxud ac olmaq da nəbzin ritminə təsir edir.
Ürək döyüntüsü hər hansı bir aktivlikdən sonra dəyişirsə, bu normaldır. Lakin bu zaman intervalı uzun müddət davam edərsə, narahat olmağa əsas var.
Daha sürətli döyüntü bədən müqavimətinin aşağı olmasından xəbər verir. Həmin şəxsin orqanizminin həssas olduğunu söyləmək mümkündür. Eyni zamanda pasiyentin beyin və digər orqanlarına oksigenin yaxşı paylanmadığını bildirir.
Bu durumda bayılma və buna yaxın vəziyyət, yorğunluq, halsızlıq, nəfəs problemi, sinədə ağrı, yaddaşsızlıq kimi müəyyən problemlər meydana çıxır.
Mütəmdi olaraq fiziki məşqlərlə məşğul olan insanlarda ürək güclənir və qan damar sisteminin fəaliyyəti intensivləşir. Buna görə də həmin insanlar daha çox iş görməsinə baxmayaraq nəbzləri az döyünür.
Aktivliyi çox olan idmançılarda bəzən ürək ritmi 50-yə enir. Mütəmadi olaraq idmanla məşğul olan insanların nəbzinin aşağı olması normal haldır. Ümumilikdə isə məşqlərin ürək döyüntüsünü aşağı saldığı bildirilir. Buna görə ürək sağlamlığı üçün fiziki məşqlər zəruridir.
GÜN ƏRZİNDƏ ƏN AZ YARIM SAAT YÜRÜYÜŞ EDİN
Nəbzin sayı və ürək sağlamlığı baxımından məşqlər vacibdir. "Bir ay məşq elədim, nəbzimin döyüntüsündə dəyişiklik olmadı" deyə düşünmək lazım deyil. Lazımı nəticə əldə etmək üçün mütəmadi məşqlər vacibdir. Davamlı idman damarların gimnastikası kimidir. İdmandan sonra damarların toxumaları güclənir, elastikliyi bərpa olunur. Həmçinin oksigenin səviyyəsi artır. Həftədə ən azı 3 gün, azı yarım saat ortalama 5 km sürətlə yürüyüş kifayətdir. Lakin məqşlərdə ifrata yol verməyin. Bir saatdan çox ağırlıqqaldırma ilə məşğul olmaq ürəyə mənfi təsir edir. Ürəyi genişləndirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?
-
ÜST "Hantavirus"la bağlı təcili brifinq keçirdi
-
"Hantavirus"a görə bu ölkələr risk altındadır - Diqqət
-
Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu
-
Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun!
-
Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər
XƏBƏR LENTİ
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
-
AFFA-dan “Qarabağ”a ağır cəza
-
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
-
2 günə 50 minə yaxın izləyici itirdilər
-
Yol polisi Zaqatalada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirdi - VİDEO
-
Azərbaycanda kişilər də məişət zorakılığı ilə bağlı müraciət edir - RƏSMİ





