Cüzam - insanda yaranan xroniki infeksion xəstəlikdir. Adıçəkilən xəstəlik 1871-ci ildə Norveç həkimi Q.Hansen tərəfindən kəşf edilib. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılan bu xəstəliyin yaranmasına, mənbələrə görə, pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır.
Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır. Cüzam sağalmayan xətəlikdir. Bu xəstəliyə tutulanlar ömürlərinin axırına qədər insanlardan uzaqda yaşayaraq hər kəsdən gizlənməyə çalışırlar.
Xəstəliyin inkubasiya dövrü 5 ildən 55 ilə qədərdir
Baş dermatoloq Zülfüqar Fərəcov hazırda Azərbaycanda fəaliyyət göstərən cüzam xəstəxanasında cəmi 70-75 nəfərin qeydiyyatda olduğunu dedi: "Hal-hazırda xəstəxananın şəraiti bir az pisdir. Bu xəstəliyə əsasən dağlıq rayonlarda rast gəlinir. Ümumiyyətlə, cüzamın heç vaxt tam müalicəsi olmur. Bu xəstəlik keçicidir. Xəstəliyin inkubasiya dövrü uzun çəkdiyindən (5 ildən 55 ilə qədər) ona tutulduğunu anlayanda da artıq gec olur.
Bu xəstəliyin törədicisi vərəm xəstəliyinin törədicisi ilə oxşardır. Vərəm də infeksion xəstəlikdir. Lakin cüzam daha təhlükəlidir. Bəzən bu xəstəliyin yüngül əxlaqlı insanlarda daha çox təsadüf olunduğunu bildirirlər. Bu tamamilə yanlışdır. Xəstəlik irsi də deyil. O, mikrobların, törədicilərin vasitəsilə yayılır və bir insandan başqasına keçir. Təhlükəsi ondan ibarətdir ki, xəstəlik öz işini görəndən sonra bu xəstəliyə tutulduğunu hiss edirsən. Bu cür xəstələr yaxınlarıyla təmasda olmamağa çalışırlar. Bu da onların psixikasında dəyişiklik yaradır".
Xəstəliyin əlamətləri bunlardır: sümükdə ərimə, aperatsiya, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi. İnsan öz normal görkəmini get-gedə itirərək, qorxunc forma alır. Cüzamlı xəstələrdə qaşlar tökülür, üzdə, qulaq dibində şişkinliklər olur.
Adıçəkilən xəstəliyin 3000 illik tarixi var. Cüzam kifayət qədər qorxulu xəstəlikdir. Hətta vaxtilə bu xəstəliyə tutulan şəxslər seçilmək üçün xüsusi geyimlər geyinib, boğazlarında zınqırov gəzdirməli olublar. Düzdür, indi bu xəstəliyin sağalması mümkün olmasa da, onun ətrafda olan insanlara yoluxmasının qarşısını almaq mümkündür.
Türkan Nadirqızı
Milli.Az
Sağlamlıq
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda cüzam xəstəliyi: çarəsi tapılmayan dərd?
26 Oktyabr 2011 09:00
6 Şərh
Baxış: 26 687

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü
-
Azərbaycanda ən çox bu rayonda ailə qurublar
-
Dünyada yeni dövlət yaranır
-
Dizel və benzinlə bağlı yenilik
-
Əhməd Əl Şaraa Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
-
"Arvadım maşınımın içini də yoxlayır"
-
İlham Əliyev: Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb
-
Tehranda güclü partlayış - FOTO
-
Əhməd Əl Şaraa İlham Əliyevə təşəkkür edib
-
Messinin vida matçının təxmini tarixi AÇIQLANDI
-
Azərbaycanda bu sahədə çalşanlar 3743 manat maaş alır
-
9-cu sinif şagirdi bıçaqlandı
-
Ərdoğan gənc xanımı yüksək vəzifəyə təyin etdi – FOTO
-
Daha bir rayonda ehsan verilməyəcək
-
"Tamaşaçılar dünyanı dağıtdı ki, sənin kimi adamın yanında..."
-
"Real" dünya ulduzunu buna görə satacaq - Şok səbəb
-
Durov buna görə uğurlu olub: "Alkoqol, qəhvə və narkotikdən..."
-
Azərbaycanda ailə FACİƏSİ: ölən var
-
Modriç “Real”da davamçısının adını AÇIQLADI
-
Putinin Kim Çen In ilə əlaqəsindən danışdı
-
Bu qadını görənlər dərhal polisə XƏBƏR VERSİN
-
Ülviyyə keçmiş əri Muradı paylaşdı
-
"İslam Respublikası bununla Vaşinqtonun üzünə "şillə vurdu""
-
Premyer liqa klubu "Traktor"la oynayacaq