Sağlamlıq

Bu tanınmış öskürək dərmanı apteklərdən çıxarılır. - Ürəyə ziyan vurur!

15 Fevral 2019 22:32
0 Şərh     Baxış: 2 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tez-tez istifadə olunan öskürək dərmanı Erespal Fransa və daha sonra Rusiyada satışdan çıxarılır.

Erespal Servye (Fransa) farmasevtik kompaniyası tərəfindən buraxılır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yeni araşdırmalar göstərib ki, Erespalın qəbulu ürək ritminin pozulmasının (aritmiya) riskini artırır.  

Mütəxəssislər hal hazırda bu dərmanı qəbul edən insanlara qəbulu dayandırmağı və onu digər preparatla əvəz etməyi tövsiyə edirlər.

Mütəxəssislər qeyd edir ki, əvvəllər bu preparatı qəbul edən insanlar narahat olmaya bilər. Preparatın ürəyə olan mənfi təsiri yalnız qəbul zamanı mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.