Sağlamlıq

3 ən ziyanlı gigiyenik vərdiş

19 Oktyabr 2018 23:38
0 Şərh     Baxış: 3 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında böyük rol oynayır.

Lakin bəzi faydalı bildiyimiz gigiyenik vərdişlər əslində sağlamlığımıza yalnız ziyan vurur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ABŞ-ın gigiyena sahəsində mütəxəssisləri belə vərdişləri araşdırıb.

Onların fikrinə görə, ən ziyanlı gigiyena vərdişi antibakterial gel və sabunlardan müntəzəm istifadə etməkdir. Belə vasitələrin tərkibində olan triklozan orqanizm üçün ziyanlı sayılır.

Həmçinin antibakterial vasitələr dərini çox qurudur, onu daha həssas edir, dərinin normal mikroflorasını pozur, yerli immuniteti zəiflədir.

Digər ziyanlı vərdiş yeməkdən dərhal sonra dişləri təmizləməkdir. Bu halda qida turşuların diş emalına  olan təsiri artır ki, bu da emalın daha tez dağılmasına səbəb olur.

Müntəzəm olaraq cod hamam lifləri, qaynar su və kosmetik skrablardan istifadə də dərinin sağlamlığı üçün ziyanlıdır. Bunun nəticəsində dərinin qoruyucu qatı zədələnir, yuyulur, yerli immunitet zəifləyir.

Dərinin immunietinin zəiflənməsi müxtəlif səpgilər, yaralar, sızanaqlar, akne, göbələk, dəri xəstəliklərinə (dermatit, ekzema və s.) səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.