Sağlamlıq

Bu dörd qidanı menyunuzdan əskik etməyin

20 Noyabr 2017 23:14
4 Şərh     Baxış: 6 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağciyər xərçəngi dünyada hər il 1 milyon 300 min insanın ölümünə səbəb olur.

Ağciyərin sağlam olması insan orqanizmi üçün çox vacibdir. Milli.Az sputnik.az-a istinadən xəbər verir ki, erkən yaşlarda ağciyər xəstəliklərinə yoluxmamaq üçün ağciyərləri mütəmadi olaraq təmizləmək lazımdır.

Bunun üçün bir neçə qidadan istifadə etmək məsləhət görülür. Ağciyərlərin sağlmalığıına dəstək olan qidalardan birincisi sarımsaqdır. Sarımsaq antibiotik təsiri göstərərk, ağciyərləri xərçəngdən qoruyur. Yeməklərin yanında bir diş sarımsaq yemək bütün orqanizmi müxtəlif xəstəliklərdən qoruyur.
Çirkli hava şəraiti, siqaret çəkmək ağciyərlərdə toksinlərin yığılmasına səbəb olur. Ağciyəri təmizləyən ikinci qida zəncəfildir. Yarım baş zəncəfil doğranılıb bir litr suda saxlanılır. Həmin sudan gündə 2 fincan içmək ağciyəri təmizləyir.
Ağciyəri təmizləyən 3-cü qida isə kərəvizdir. Kərəvizi salatlarda və yeməklərdə yemək ciyərləri təmizləyir.
Ağciyəri təmizləyən digər bir vasitə üzüm tumudur. Üzümün tumu təbii antioksidantdır və xüsusilə ağciyər xərçəngindən qoruyur. Qara üzümün tumu sağlamlıq mənbəyidir.
Və ən nəhayət ağciyərlərinizin sağlam və təmiz olmasını istəyirsinizsə, siqaretdən uzaq olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.