Sağlamlıq

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir - FOTO

1 Noyabr 2017 21:48
0 Şərh     Baxış: 55 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox daxili xəstəliklər insanın xarici görünüşünə təsir edir - dərinin, saçların vəziyyətini pisləşdirir, göz, dil, dodaqlarda "iz qoyur".

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, hələ qədim zamanlarda xəstəni müayinə edən təbiblər ilk növbədə onun dərisinə, göz, dodaq və dilin vəziyyətinə fikir verirdilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, insanın dodaqlarında olan dəyişikliklər bəzi xəstəliklərə işarə edə bilər:

- Dodaqlarınız solğundursa, bu qanazlığının simptomu ola bilər.

- Dodaqların göyümtül olması ürək xəstəliklərinə işarədir.
- Sarımtıl dodaqlar qaraciyər xəstəliklərinin simptomu ola bilər.
- Dodaqların kənarlarında çatların tez-tez əmələ gəlməsi bu kimi pozulmalar zamanı mümkündür: vitamin çatışmazlığı, allergiya (məsələn, diş məcunu və ya dodaq boyasına), xroniki susuzlaşma.

- Dodaqların quruması və qabıq vermə susuzlaşmanın, stressin, şəkərli diabetin, qalxanvari vəzi xəstəliklərinin (bu zaman bütün dəri quru olur), allergiyanın simptomu ola bilər.

- Dodaqlarda tez-tez herpes əmələ gəlirsə, bu immun sisteminin zəifləməsinə işarə edir.

- Dodaqların üzərində piqment ləkələrin əmələ gəlməsi qaraciyər, böyrəküstü vəzilər və yumurtalıq xəstəliklərinin əlaməti ola bilər.
- Dodağın üzərində tünd ləkənin əmələ gəlməsi melanomanın əlaməti ola bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.