Sağlamlıq

Bu qidalar əslində sağlamlığa xeyir imiş - SİYAHI

14 İyul 2017 21:01
0 Şərh     Baxış: 4 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərərli bildiyimiz və yeməkdən çəkindiyimiz qidalarla bağlı inanılmaz həqiqətlər ortaya çıxıb. Yeni araşdırmalar zamanı məlum olub ki, əslində bu qidalar insan orqanizminə ziyanlı deyil. Milli.Az ailem.az-a istinadən həmin qidaları təqdim edir.

Popkorn
 
Partladılmış qarğıdalı, tam taxıl və lif baxımından olduqca zəngin bir qidadır. Lakin kərə yağı və duz vurulmaması şərti ilə. Buxarda partladılan sadə və təbii qarğıdalının bir stəkanı sadəcə 30 kaloridir. Əgər sadə formada yeməkdən xoşunuz gəlmirsə, çox az miqdarda dəniz duzu səpə bilərsiniz.
 
Qablaşdırılmış ton balığı
 
Qablaşdırılmış və təzə ton balığının tərkibindəki protein təxminən eyni miqdardadır. Qablaşdırılmış balığın 85 qramında 16, təzə balığın eyni miqdarında protein 20 qram təşkil edir. Ton balığı hansı formada yeyilməsindən asılı olmayaraq, dəri və saçları sağlam saxlayan Omega-3 yağ turşuları baxımından olduqca zəngin bir qidadır.
 
Banan
 
Bir bananda təqribən 110 kalori və 14 qram şəkər var. Lakin bananda olan yüksək miqdarda potasium təzyiqi salmağa kömək etdiyi kimi, tərkibində olan antioksidant və C vitamini də xərçəng riskini azaldır.
 
Şokolad
 
Şokolad yedikdə bədəndə stressi aradan qaldıran kortizol hormonunun istehsalına  kömək olur. Bundan əlavə qan təzyiqi və xolesterolu tənzimləyir və beyni daha sürətlə çalışdırır.
 
Qablaşdırılmış lobya
 
Qablaşdırılmış qidaların tərkibində quru paxlalılara nisbətən daha çox sodium olsa da, qida dəyəri ümumilikdə eynidir. Hər ikisinin tərkibində eyni miqdarda kalori, təqribən 14 qram protein və 12 qram lif var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.