Tərkibində minerallı maddələr, vitaminlər, yağ, karbohidratlar və s. olan göbələk qidalı yeyinti məhsuludur. Dəyərli zülal mənbəyi olmasıyla yanaşı, göbələk həmçinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngindir. Təzə göbələyin 100 qramı 71-130, qurudulmuş göbələyin 100 qramı isə 1251-1335 kCoul enerji verir. Göbələk az kalorili olsa da, yüksək dada malikdir. Ondan alınan bulyon mədə şirəsinin ifrazına göstərdiyi təsirə görə ət bulyonundan üstün hesab edilir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göbələkdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təzə halda istifadə ediləcək göbələklər təmiz, sağlam, şax, əzilməmiş, torpaqdan təmizlənmiş olmalıdır. Təzə göbələkləri növündən və saxlanma temperaturundan asılı olaraq ən çoxu 2-5 sutka saxlamaq olar. Saxlama zamanı stabil temperaturun təmin olunması vacib şərtlərdən biridir. Bu məhsulların saxlanması üçün optimal temperatur isə 0-50C hesab olunur. Göbələk təmiz, quru, ziyanvericilərin təsirinə uğramayan və kənar qoxusu olmayan yerlərdə saxlanmalıdır.
Saxlama müddətinin uzadılması üçün göbələklər əsasən qurudulur, duza və sirkəyə qoyulur. Qurudulmuş göbələklərin saxlanılma müddəti 1 ildir. Duza və sirkəyə qoyulmuş göbələkləri isə 0-150C-də 75% nisbi rütubətdə, pasterizə olunmuşları 12 ay, pasterizə edilməyənləri isə 8 ay saxlamaq olar. Bu məhsullar əsasən şüşə və meral bankalarda, zəruri sıxlıq tələblərinə əməl edilməklə konservləşdirilir.
Göbələklər sanitar norma və qaydalara riayət edilməklə, texnoloji təlimatlara uyğun olaraq qablaşdırılmalıdır. Qablaşdırma üçün istifadə olunan tara təmiz, quru olmalı, kənar qoxu verməməlidir. Göbələklər əsasən karton qutulara, polimer paketlərə və plastmas yeşiklərə qablaşdırılır.
Göbələk qablaşdırılmış taraların markalanmasında istehsalçının əmtəə nişanı, onun xalis çəkisi, yığılma, qablaşdırma tarixi, saxlanma temperaturu, müddəti, şərtləri, standarta uyğunluğu haqda informasiya və s. məlumatlar olmalıdır.
İstehlak zamanı göbələk diqqətlə yoxlanılmalı, qurdu olanlar atılmalıdır. Yemək hazırlayarkən üst qabığı soyulmalı və yuduqdan sonra bişirilməlidir.
Mütəxəssislər hesab edir ki, göbələyin ekstraktı hüceyrələrə xoş təsir göstərir və onların müxtəlif infeksiyalara olan müqavimətini yüksəldir. Göbələyin tərkibindəki vitamin və mineral həmçinin yaşlanmanı gecikdirir, beyin və sinir sistemini xəstəliklərdən qoruyur.
Milli.Az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Göbələk alarkən əsasən nəyə diqqət yetirmək lazımdır?
15 İyun 2011 17:37
Baxış: 8 848

DİGƏR XƏBƏRLƏR
-
Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
-
İdmansız incə belin sirri - Bu qidaları nə qədər yesəniz də kökəltmir
-
Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır
-
Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin
-
2050-ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üz-üzə qalacaq - Düyüyə görə
-
Bu otaq ətirləri zəhər saçırmış - Satışdan çıxarılır - FOTO
XƏBƏR LENTİ
-
Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
-
İş axtaranların nəzərinə: Ən çox tələb olunan beş ixtisas
-
İdmansız incə belin sirri - Bu qidaları nə qədər yesəniz də kökəltmir
-
Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır
-
Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin
-
2050-ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üz-üzə qalacaq - Düyüyə görə
-
Ağcabədidə ağır qəza - ölənlər var
-
Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır
-
“Barselona” - “İnter” matçında 6 qol vuruldu
-
2025-ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili
-
Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var
-
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir
-
Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
-
Masallıda məktəbli qızlar arasında dava
-
Moskva metrosunda uşaq doğuldu - VİDEO
-
Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib - FOTO
-
Daha bir serial yayımdan qaldırıldı
-
Bu gündən I sinfə şagird qəbulu başlayır
-
Günün qoroskopu: Azadlıq və fərdiyyət ehtiyacın artır
-
Beyonsun konsertində qızlar saçyolduya çıxdı - FOTOlar
-
Şarj dövrü tarixə qovuşur - 50 il işləyə bilən batareyalar satılacaq
-
Dərbəndin yeni başçısı azərbaycanlı oldu
-
Məşhur rusiyalı müğənni Ukraynada yaşayış icazəsi aldı - FOTO
-
Elçin Əmirbəyov Meksika Senatında olub - FOTO