Yod insan orqanizmi üçün vacib mikroelementlərdən biridir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan orqanizmində 25 milliqram yod var, onun 15 milliqramı qalxanvarı vəzdə, qalan hissəsi əsasən qaraciyər, böyrək, dəri, tük və dırnaqlardadır.
Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Xalq Təbabəti Mərkəzinin həkimi, terapevt-kardioloq Kəmalə Həsənova bildirib.
Həkim deyib: "Adətən yod orqanik və qeyri-orqanik birləşmələr və ya havada sərbəst şəkildə ola bilir. Yod atmosfer yağıntıları vasitəsilə torpağa və suya keçir. Bu mikroelementin funksiyası qalxanvarı vəzin hormonlarının sintezini tənzimləməkdir. Böyük insanın sutkalıq yoda tələbatı 100-150 mikroqramdır. Orqanizmdə yod çatışmazlığı endemik ur, hipotireoz, baş-beynin funksiyasının pozulması, yaddaş, eşitmə və görmə qabiliyyətlərinin zəifləməsi, apatiya, konyunktivit, qəbizlik, dəri və selikli qişalarda quruluqlar, arterial təzyiqin azalması, ürəkdöyünmənin zəifləməsi, saçın tökülməsi, enerji çatışmazlığı kimi fəsadlar yaradır.
Yod qalxanabənzər vəzin hormonlarının tərkibinə daxildir. Bu mikroelement tərkibli hormonlar boy, inkişaf, enerji və istilik mübadiləsini tənzimləyir, yağların, zülalların, karbohidratların oksidləşməsini artırır. Bu hormonlar xolesterinin parçalanmasını aktivləşdirir, ürək-damar sisteminin funksiyasının tənzimlənməsində iştirak edir, mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir.
Yod biostimulyator və immunostimulyatordur, qanın laxtalanması və trombun əmələ gəlməsinə mane olur. Yodla zəngin olan qida məhsulları dəniz kələmi, feyxoa, treska balığı, yodlaşdırılmış duz, lobya, ət, yumurta, buğda unu, kələm, yağ, qaraciyər, çuğundur, kök, süd və kartofdur. Bu mikroelement tərkibli preparatlardan fərqli olaraq dəniz kələmində olan orqanik yod yaxşı həzm olunur və uzun müddət orqanizmdə qalır.
Yodun orqanizmdə çoxluğunun əlamətləri ağız suyunun artması, selikli qişada şişkinlik, göz yaşarması, səpki və zökəmlə müşahidə edilən allergik reaksiya, ürəkdöyünmə, əsnəmə, əsəbilik, yuxusuzluq, tərləmənin artması, ishal hallarıdır. Qeyd etmək lazımdır ki, selenin defisiti yod azlığına da səbəb ola bilər. Beləliklə, yod defisiti ilə mübarizə zamanı selen defisiti və onu əmələ gətirən səbəblərlə də mübarizə etmək lazımdır.
Yod tərkibli preparatlar yemək arası qəbul edilməlidir.
Hər gün 100-150 mikroqram doza toksik hesab edilmir, baxmayaraq ki, yodun yüksəkliyi bu mikroelementə həssas insanlarda akne əmələ gətirə bilər. Uzun müddət yod defisiti və ya uru olan insanlarda yodun kəskin artıq istifadəsi hipotireoz, az halda tireotoksikoz əmələ gətirə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ÜST-dən Ebola ilə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayı kəskin artır
-
Bu balıq növünü yeməyin - Yaşlı insanlara xəbərdarlıq
-
100 yaşa qədər yaşamağın sirri bu İMİŞ
-
Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı
-
Buğda və ya kəpək deyil! Ən sağlam çörəyin hansı olduğu açıqlandı
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
XƏBƏR LENTİ
-
"Qazancım yoxdur, geyimimə, layihələrə yatırım edə bilmirəm"
-
Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ABŞ-də güclü zəlzələ oldu
-
Şəhid atası vəfat etdi - FOTO
-
Rövşən Muradov vəfat edib
-
“Mən olmasaydım, İsrail mövcud olmazdı”
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Velosiped sürən uşağı maşın vurdu
-
Küveyt onlara 24 saat vaxt verdi
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
-
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır
-
Azərbaycanlı müğənni saçlarını kəsdi - FOTO
-
Paşinyandan göyərçin şousu - VİDEO
-
PFL-in prezidenti postuna iddialı namizəd
-
Bakılı qadın Rusiyada nazir təyin olundu
-
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO
-
“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb - FOTO





