Sağlamlıq

Hər zaman, hər yerdə asan tənəffüs!

22 Oktyabr 2015 14:45
Baxış: 13 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Burun boşluğu tənəffüs yollarının başlanğıcı olub, ətraf mühitin dəyişikliklərinə cavab verir, selikli qişanı müxtəlif təsirlərdən qoruyur. Qoruyucu reaksiyanın dəyişməsi və ya güclənməsi rinit əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Burun boşluğu selikli qişasının iltihabı rinit adlanır. Azərbaycanca buna zökəm də deyilir. Ümumiyyətlə, dünya əhalisinin 15 - 20%-i rinitin müxtəlif formalarından əziyyət çəkir. Bununla da rinit əhali arasında ən geniş yayılmış xəstəlikdir. Rinit, onu törədən səbəblərdən asılı olaraq sərbəst (qeyri-spesifik) xəstəlik kimi və ya müxtəlif  xəstəliklər (spesifik) zamanı özünü göstərir.

Rinit adətən ümumi və yerli müqaviməti zəifləmiş, soyuqdəyməyə məruz qalmış və xroniki xəstəlikləri olan şəxslərdə əmələ gəlir. Bundan əlavə, rinitin əmələ gəlməsinə burun travması, yad cisimlər, mövsüm və peşə faktoru də təsir edə bilər. Bu hallar baş verərsə, burunda və burun-udlaqda olan viruslar aktivləşərək burnun selikli qişasının funksiyalarını pozur.

Ən çox kəskin və allergik rinitlərə rast gəlinir. Kəskin rinitlə böyüklər il ərzində 3 dəfə, uşaqlar isə 4-6 (bəzən isə daha çox) dəfə xəstələnə bilərlər. Allergik rinitlər isə əsasən mövsümi xarakter daşısa da, ona bütün il ərzində rast gəlmək olar. Allergik rinitin əmələ gəlməsində bir sıra allergenlər əsas rol oynayır. Bunlara yazda və payızda çiçəkləyən bitkiləri və onların tozcuqlarını, kif göbələkləri, məişət tozu, yataq gənələri, heyvan mənşəli tük və digər hissəcikləri aid etmək olar. Təbii ki, genetik meylliliyi də yaddan çıxarmamaq lazımdır. Allergenin təsirinə daha çox uşaqlar, həssas insanlar, hamilə qadınlar və virus infeksiyası keçirmiş şəxslər məruz qala bilərlər.

Rinit adətən kəskin başlayır və proses burnun hər iki tərəfində gedir. Əsas simptomları burundan ifrazatın olması, burnun tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və ümumi vəziyyətin pisləşməsidir.  Bu vəziyyət 1-2 sutkadan bir neçə sutkaya qədər müşahidə oluna bilər. Bu zaman, həmçinin baş ağrısı, hərarət, gözlərin sulanması ola bilər.

Mentosil gel bakterial, virus və göbələk mənşəli respirator xəstəliklərin müalicə və profilaktikası zamanı istifadə olunur. Mentosil qrip və zökəm viruslarından müdafiə üçün bitki tərkibli geldir. Mentosil gel tərkibinə görə bakteriosid, iltihab əleyhinə, təmizləyici və qoruyucu xüsusiyyətlərə malikdir.Tərkibindəki iynəyarpaqlıların efir yağı güclü antiseptik vasitədir. Yuxarı tənəffüs yollarının və burun-udlağın iltihabi proseslərini aradan qaldırır. Rinovirusların burun boşluğunda artıb çoxalmasına mane olur. Mentosil gel burun boşluğunun qan damarlarını daraldır, burun seliyinin ifrazatını azaldır və burunda sərinlik hissi yaradır. Silbiol bakteriosid, göbələk əleyhinə və virus əleyhinə təsir göstərir. Mentosil gel tənəffüsü asanlaşdırır, nəfəsi təravətləndirir.

Mentosil geli iyli zökəm - özena, burnun selikli qişasının quruması, burun tənəffüsünün çətinləşməsi kimi hallar baş verdikdə də istifadə etmək olar.

Mentosil gel bitki tərkibli olduğu üçün hamilə qadınlar da qrip və zökəm viruslarından qorunmaq üçün profilaktik və ya müalicə məqsədilə istifadə edə bilərlər.

İstifadə qaydası: Burun boşluğuna nazik ucluğu vasitəsilə az miqdarda yeritməli. Mentosil geli profilaktik məqsədlə hər 4 saatdan bir, müalicə məqsədilə hər saat tətbiq etmək lazımdır.

Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.