Sağlamlıq

Dırnaqları sürətlə uzadan yağlar

25 Avqust 2015 22:15
3 Şərh     Baxış: 8 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadının əlləri onun haqqında çox şey deyir. Buna görə də əllərə və dırnaqlara xüsusi qayğı göstərməliyik. 

Ev şəraitində əllərə necə qulluq edə bilərik? Milli.Az publika.az-a istinadən bildirir ki, üz və saç üçün olduğu kimi, dırnaq üçün də maskalar hazırlanır. Məsələn, təqdim etdiyimiz bu maska həm asan hazırlanır, həm də dırnaqların qırılmadan tez və sağlam uzanmasını təmin edir:  
 
Ərzaqlar:
 
Eyni miqdarda:
 
1. Günəbaxan yağı
 
2. Hind qozu yağı
 
3. Badam yağı
 
4. E vitamini yağı
 
5. Zeytun yağı
 
6. Çay ağacı yağı
 
7. E vitamini kapsulları
 
Hazırlanması:
 
Bütün yağlar qarışdırılaraq təxminən 30 saniyə mikrodalğalı sobada qızdırırlır. İçərisinə bir kapsul E vitamini əlavə edilir. Yağ çox isti olmamalıdır. İlıqlaşdıqdan sonra barmaqlarınızı içinə salıb 10 dəqiqə saxlayın. 2-3 dəqiqə sonra yağı təkrar qızdırıb barmaqlarınızı yenidən içərisinə qoyun. Daha sonra su ilə yuyun. Təmiz dəsmal ilə silin. Nəmləndirici ilə masaj edib yatın.
 
Bunu həftədə 2-3 dəfə etməlisiniz!
 
Sağlam və güclü dırnaqlar üçün daha  bir neçə məsləhət
 
Sağlam dırnaqlara sahib olmağın ən önəmli şərti sağlam qidalanmadır. Ət, süd və balıq məhsullarını mütəmadi olaraq yeyin.
 
Asetonun dırnaqlara zərər verdiyi heç kimə sirr deyil. Ona görə də, mümkün qədər az aseton istifadə edin.
 
Təmizliklə məşğul olanda mütləq əlcək geyinin. Çünki yuyucu vasitələrin tərkibindəki kimyəvi maddələr dırnaqların korlanmasına gətirib çıxarır.
 
Manikür etdirdiyiniz məkanın gigiyenik tələblərə cavab verdiyinə fikir verin. Dırnaqlarınızı dırnaq qayçısı yerinə dırnaq bıçqısı ilə qısaldın. Çünki sağlam uzanması üçün bu, daha effektlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.