Turş suyun faydası - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qədim yaşayış məskənlərindən olan Tovuz rayon ərazisi yeraltı və yerüstü sərvətlərlə zəgindir. Belə təbii sərvətlərdən biri də Turşsu mineral bulağıdır. Bu bulaqlar istirahətə gələnlərin susuzluğunu yatızdırmaqla yanaşı, həm də müalicəvi xarakter daşıyır.
TTV (Region TV) xəbər verir ki, Turşsu bulağı Tovuzun Çatax kəndində yerləşir. Bulağın tarixi haqqında məlumatlar olmasa da, kəndin tarixi bir neçə yüz il əvvələ gedib cıxır.
Kənd sakini Ələddin Əsgərov: "Tarixi mənbələrdə hələ Səfəvilərin hakimiyyəti dövründə Əsrik nahiyəsinin Çatax yaşayış məntəqəsinin adı çəkilir. Həmin məkanın təxminən 500-600 il tarixi var".
Turşsu mineral bulağından yerli sakinlər gündəlik olaraq istifadə edirlər. Tərkibinə görə çay və yeməklərdə istifadəsi mümkün olmasa da, bu su süfrələrin bəzəyi sayılır.
Turşsu tərkibinin zənginliyinə, özəlliyinə, müalicəvi əhəmiyyətinə görə təkcə yerli sakinlərin deyil, eləcə də, turistlərin marağına səbəb olur.
Turist Gülsüm Həmidova: "Bakı şəhərindən gəlmişəm. Müalicəvi əhəmiyyətli olan suya görə gəlmişəm. Hər il də gələcəm. Bir neçə gün də buradayıq".
Keçmişdə acı su adı ilə tanınan Turşsu suyunun tərkibi kimyəvi elementlərlə zəngindir.
Geologiya-mineralogiya elmlər namizədi Məmmədəli Əliyev: "Səhiyyə Nazirliyinə suyun tərkibinin öyrənilməsi ilə bağlı analiz göndərmişəm. Aldığım cavaba görə bu, SSRİ məkanında olan xüsusi bulaqların analoqudur".
Turş su qaldıqca rəngində dəyişmə müşahidə edilir. Bu isə onun tərkibində dəmirin və misin çox olması ilə izah olunur. Həmçinin, təbii mineral su bir çox xəstəliklərin dərmanı hesab olunur.
Beləliklə, suyun müalicəvi əhəmiyyəti laboratoriyalarda dəfələrlə öz təsdiqini tapıb. Bu təbiətin bizə hədiyyəsidir. Qalır Tovuza gəlib təbiətin bu səxavətindən yararlanmaq...
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar
-
AZAL: Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı yayılan görüntülər həqiqət deyil - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Dayanıqlı şəhərlər və zəlzələyə davamlı infrastruktur prioritetdir - Yaponiya rəsmisi







