Turş suyun faydası - VİDEO

19 Avqust 2015 15:08

Qədim yaşayış məskənlərindən olan Tovuz rayon ərazisi yeraltı  və yerüstü sərvətlərlə zəgindir. Belə təbii sərvətlərdən biri də Turşsu mineral bulağıdır. Bu bulaqlar istirahətə gələnlərin susuzluğunu yatızdırmaqla yanaşı, həm də müalicəvi xarakter daşıyır.

TTV (Region TV) xəbər verir ki, Turşsu bulağı Tovuzun Çatax kəndində yerləşir. Bulağın tarixi haqqında məlumatlar olmasa da, kəndin tarixi bir neçə yüz il əvvələ gedib cıxır.

Kənd sakini  Ələddin Əsgərov: "Tarixi mənbələrdə hələ Səfəvilərin hakimiyyəti dövründə Əsrik nahiyəsinin Çatax yaşayış məntəqəsinin adı çəkilir. Həmin məkanın təxminən 500-600 il tarixi var".

Turşsu mineral bulağından yerli sakinlər gündəlik olaraq istifadə edirlər. Tərkibinə görə çay və yeməklərdə istifadəsi mümkün olmasa da, bu su süfrələrin bəzəyi sayılır.

Turşsu tərkibinin zənginliyinə, özəlliyinə, müalicəvi əhəmiyyətinə görə təkcə yerli sakinlərin deyil, eləcə də, turistlərin marağına səbəb olur.

Turist Gülsüm Həmidova: "Bakı şəhərindən gəlmişəm. Müalicəvi əhəmiyyətli olan suya görə gəlmişəm. Hər il də gələcəm. Bir neçə gün də buradayıq".

Keçmişdə acı su adı ilə tanınan Turşsu suyunun tərkibi kimyəvi elementlərlə zəngindir.

Geologiya-mineralogiya elmlər namizədi Məmmədəli Əliyev: "Səhiyyə Nazirliyinə suyun tərkibinin öyrənilməsi ilə bağlı analiz göndərmişəm. Aldığım cavaba görə bu, SSRİ məkanında olan xüsusi bulaqların analoqudur".

Turş su qaldıqca rəngində dəyişmə müşahidə edilir. Bu isə onun tərkibində dəmirin və misin çox olması ilə izah olunur. Həmçinin, təbii mineral su bir çox xəstəliklərin dərmanı hesab olunur.

Beləliklə, suyun müalicəvi əhəmiyyəti laboratoriyalarda dəfələrlə öz təsdiqini tapıb. Bu təbiətin bizə hədiyyəsidir. Qalır Tovuza gəlib təbiətin bu səxavətindən yararlanmaq...

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото