Sağlamlıq

"Stomagel" preparatı ilə stomatitlərin müalicəsi

3 Avqust 2015 10:30
1 Şərh     Baxış: 49 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stomatit - ağız boşluğunun yumşaq toxumalarının (yanaq, yumşaq və sərt damaqlar, ağız boşluğunun dibi) selikli qişaların iltihabıdır. Stomatit bütün yaş qruplarında rast gəlinən bir prosesdir.

Stomatit həm ağız boşluğundan izolə olunmuş şəkildə, həm də digər ağız boşluğu üzvlərinin selikli qişalarının iltihabları - gingivit, xeylit və qlossit ilə birlikdə inkişaf edə bilər. Stomatitin inkişafına daxili orqanların xroniki iltihabının kəskinləşməsi, sinir sisteminin xəstəlikləri, maddələr mübadiləsinin pozulması, vitamin çatışmazlığı, daxili sekresiya vəzilərinin funksiyasının pozulması səbəb olur. Stomatit bəzən də dərmanların (antibiotiklər, sulfanilamid preparatları) qəbulunda orqanizmin verdiyi reaksiya nəticəsində  baş verə bilər. Stomatitlər müxtəlif formalarda olmalarına baxmayaraq, onların ümumi əlamətləri vardır: selikli qişanın qızarması, ətraf toxumanın şişi, çənəaltı limfa düyünlərinin böyüməsi və s.

Hazırda stomatitlər aşağıdakı qruplara bölünür:

1.     Travmatik stomatitlər. Bu növ stomatitlərin yaranmasında əsasən şüalanma, kimyəvi maddələr, dərman maddələri, temperatur, mexaniki amillər ön planda durur.  Ağızın düzgün olmayan protezlərlə zədələnməsi nəticəsində də  inkişaf edə bilər. Bu zaman ən çox diş əti və dil zədələnir. Nəticədə selikli qişada ödem, qızartı, eroziya və ağrı əmələ gəlir. Travmatik stomatitlərə əhali arasında daha çox rast gəlinir.

2.     Aftoz stomatitlər. Selikli qişada tək-tək ağrılı aftların yaranması ilə xarakterizə olunur. Aftlar çox zaman keçid büküşlərində, dilin səthində, dodaq və yanaqların selikli qişasında lokalizə olunur. Ağrının dərəcəsi nekrotik sahənin böyüklüyündən asılıdır.

3.     İnfeksion stomatitlər. Bəzi patogen mikroorqanizmlər, xüsusilə də herpes virusların təsirindən baş verir.

4.     Allergik stomatitlərin patogenezi tez və ya ləng tipli immun reaksiyalar təşkil edir.

5.     Ekzogen intoksikasiyalar nəticəsində baş verən stomatitlər. Bu qrupa peşə stomatitləri də daxil edilir.

6.     Ayrı-ayrı üzv və sistemlərin müxtəlif patologiyaları nəticəsində yaranan stomatitlər.

Stomatitlər zamanı önə çıxan əsas əlamətlər - ağrı və toxuma zədələnməsidir!

Ağız boşluğu xəstəliklərinin müalicəsində yerli istifadə olunan preparatlardan biri də Stomagel preparatıdır.  Stomagelin tərkibinə metilurasil və lidokain hidroxlorid daxildir. Stomagel ağız boşluğunda qızartını, ağrını, iltihabı aradan qaldırır və toxuma regenerasiyasını yaxşılaşdırır. Tərkibindəki lidokain hidroxlorid yerli olaraq anesteziyaedici təsir göstərir. Stomagel antibakterial, göbələkəleyhinə və virusəleyhinə xüsusiyyətlərə malikdir.  Stomagel preparatı  eləcə də ağızın selikli qişasının iltihabı - nekrotik prosesləri zamanı (gingivit, parodontit), mikrob və göbələk infeksiyasının törətdiyi ağızda quruluq və qaşınma hissiyyatında da istifadə oluna bilər.

İstifadə qaydası: Geli nazik ucluğu ilə gündə 3-4 dəfə olmaqla ağız boşluğuna çəkmək lazımdır. Geli yumaq məsləhət deyil. Stomageli ağız boşluğuna çəkdikdən sonra 30 dəqiqə ərzində maye və qida qəbulu məsləhət deyil. Müalicə kursu 7-10 gündür.

Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.