Son zamanlar ürək-damar xəstəliklərinin sayı artmaqla yanaşı həm də bu xəstəliyə daha çox cavanlarda rast gəlinir. Yəni ürək-damar xəstəliyi cavanlaşır. Bunun üçün də kardioloqlar həyacan təbili çalır. Bəs bu xəstəliyi yaradan səbəblər hansıdı, bundan necə qorunmaq olar?
Kəpəz Televiziyasına (Region TV) verilən xəbərə görə, Gəncə şəhər Kardioloji Xəstəxanasında 2013-cü ildə 1800 ürək-damar xəstəsi qeydiyyata alınmışdısa, ötən il bu rəqəm artaraq 2000 olub. Əgər əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb.
Fəxrəddin Namazov, Gəncə şəhər Kardioloji Xəstəxanasının baş həkimi: "İndi artıq 50-60 yaşına düşən infarktlı xəstələr 45-50 faizə düşüb. Cavan adamların, məsələn, 30 yaşına, 35 yaşına kimi götürsək, bunlar artıq 15-20-yə gəlib çıxıb. Bu isə onu göstərir ki, bu xəstəlikdə cavanlaşma gedir".
Ürək-damar xəstəliyinin yaranmasının bir çox səbəbləri var. Buna görə də həkimlərin tövsiyələrinə daima əməl edilməlidi.
Faxrəddin Namazov: "Yağlı yemək olmaz, hərəkətdə olmaq lazımdır. Hər bir normal insan gündə 5-10 km yeriməlidir. Siqaret atılmalıdır, alkoqollu içkilərdən qaçmaq lazımdır. Çalışmaq lazımdır ki, stressdən aralı gəzilsin. Çünki infarktın əmələ gəlmə səbəblərindən biri də stresslərdir".
Belə xəstəliklər insan orqanizmində gizli şəkildə inkişaf edir. Ona görə də bir qrup insanlar infarktı ayaqüstü keçirir.
Həkimlərin sözlərinə görə, vaxtlı-vaxtında müayinə vacib olan amillərdəndi. Çünki müayinələr gələcəkdə baş verə biləcək ürək-damar xəstəliyinin qarşısını alır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
- Yaponların “sarı qızıl” adlandırdıqları toxum – Faydaları saymaqla bitmir
- Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ
- Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı
- Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın
- Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı
XƏBƏR LENTİ
- Xanımından Mark Zukerberqə qeyri-adi hədiyyə - FOTOlar
- 35 ildən sonra yenidən bunu etdi - FOTOlar
- 61 yaşlı aktrisa dekolteli libası ilə diqqət çəkdi - FOTO
- Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
- Gül mağazasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
- Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
- ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
- Bu güllə təkcə Fitsoya atılmayıb - Zatulin
- Atəşkəs olsaydı, HƏMAS bunu edəcəkdi - Fidan
- Fitsonu güllələyən yazıçı ilə bağlı iddialara cavab
- "Ağ çiçəyim" gül mağazasındakı yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - FOTO
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- HƏMAS-dan İsrailə Rəfahla bağlı xəbərdarlıq...
- 4 güləşçimiz finalda
- Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
- Məhkəmədən İmran Xanla bağlı qərar
- Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı
- Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
- "Kuruluş Osman" izləyicilərinə pis xəbər
- “Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
- Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
- "Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"
- Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?
- Bu gün güllələnən baş nazirin maraqlı həyatı…