"2014-cü il ərzində 16 qaraciyər, 65 böyrək transplantasiyası həyata keçirilib. Bu il orqan transplantasiyasını gerçəkləşdirdiyimiz pasientlər içərisində 7 aylıq körpədən tutmuş, 68 yaşa qədər olan insanlar var. 7 aylıq uşağa qaraciyər köçürülüb. Ümumiyyətlə, orqan donoru olan şəxsin yaşı 18-dən yuxarı olmalıdır. Bizim əməliyyatlarda donorluq edən şəxslər 18-76 yaş arası olub".
Bu barədə modern.az saytına Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.
O bildirib ki, həyata keçirilən əməliyyatların hamısı uğurla başa çatıb: "Nəticələrimiz dünya standartları ilə eynidir. Əməliyyatlarda qeyri-adi bir nəticə baş verməyib. Hər şey qaydasındadır".
Şöbə müdiri xəstələrə köçürülən orqanların hamısının yaxın qohumlar tərəfindən verildiyini bildirib:
"Orqanlar xəstə yaxınları tərəfindən bağışlanıb. Vəziyyətə uyğun olaraq orqan bütöv, ya da bir hissə götürülərək köçürülüb. Yaxın qohumlar olduğundan orqanının verilməsinə görə pul ödənilməyib. Bildiyiniz kimi, Azərbaycanda orqan alış-verişi qanunla qadağandır. Ona görə də burada hər hansı məbləğdən söhbət gedə bilməz".
Transplantasiya qiymətlərinə gəlincə, həkim qeyd edib ki, xəstəxananın rəsmi qiymətinə uyğun olaraq böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata həyata keçirilir:
"Əməliyyatdan təxminən 20 gün sonra xəstə evinə gedir, müəyyən müddət keçdikdən sonra tam reabilitasiya olub, normal əmək fəaliyyətinə başlayır və işinə qayıdır".
Dünya praktikasında həyata keçirilən ürək transplantasiyasının Azərbaycanda mümkünlüyünə gəlincə, həkim bunu ancaq meyit orqanlarının bağışlanacağı təqdirdə reallaşa biləcəyini vurğulayıb: "Beyin ölümü baş verən şəxslərdən ailənin icazəsi ilə orqanlar bağışlanacağı təqdirdə, ölkəmizdə də ürək transpalantasiyası mümkün olacaq. Bunun üçün Azərbaycanda şərait olsa da, orqan bağışlanması hələ yoxdur. Əgər beyin ölümü reallaşan insanlarda orqan bağışı həyata keçirilərsə, ağciyər, ürək, gözün buynuz qişası, mədəaltı vəzin də transplantasiyası icra oluna bilər".
Milli.Az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda orqan köçürmənin QİYMƏTLƏRİ
5 Dekabr 2014 15:34
0 Şərh
Baxış: 4 258

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda stomatoloqlara 1800 manat "plan" qoyulub? - VİDEO
-
Çirkli hava bu xəstəliyi inkişaf etdirir
-
2025-ci ildə Yer kürəsini 50-yə qədər maqnit fırtınası gözləyir
-
Ölümcül xəstəliyin gizli əlaməti - Barmaqlardakı bu dəyişiklik sizi xəbərdar edir - FOTO
-
Bu meyvəni yeyənlər rahat yuxu yatır
-
Telefonu belə tutanlara ciddi xəbərdarlıq - Xəstəlik yaradır
XƏBƏR LENTİ
-
Hollivud ulduzu 86 yaşında vəfat etdi - FOTO
-
Bu 4 BÜRC ayın uğurlusu olacaq - Taleh qapılarını açır
-
Ardıcıl 4 gün iş olmayacaq
-
“ChatGPT” internetdə ən çox ziyarət edilən 5-ci sayt olub
-
Sahil Babayev bəzi şöbələri ləğv etdi
-
ABŞ-də iki israilli diplomat qətlə yetirildi - VİDEO - FOTO
-
Bakıya eniş edən Rusiya təyyarəsində ÖLÜM
-
Böyük dəyişikliklər gəlir - Bu bürclərin bəxti gətirdi
-
Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi - FOTO
-
Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir
-
Əhalinin DİQQƏTİNƏ! - Saat 10:00-da...
-
ZAMANIN ƏLƏYİ - Rafael Hüseynov yazır
-
Egey dənizində güclü zəlzələ oldu - Əhali təşviş içində
-
Rubl bahalaşdı, avro ucuzlaşdı - Dolların qiyməti də... - RƏSMİ
-
Xəzərdə zəlzələ oldu
-
Bu plastik əməliyyatlara icazə verilməyəcək
-
Ramiz Rövşənin səhhətində problem yarandı
-
“Kontrabas” festivaldan mükafatlarla qayıtdı - FOTOlar
-
UEFA Avropa Liqasının qalibi bəlli oldu
-
Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan
-
Azərbaycanda stomatoloqlara 1800 manat "plan" qoyulub? - VİDEO
-
Çirkli hava bu xəstəliyi inkişaf etdirir
-
2025-ci ildə Yer kürəsini 50-yə qədər maqnit fırtınası gözləyir
-
Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..."