Nanə çayı - əsəblərə hakim, cana fayda.
Milli.Az modern.az-a istinadən bildirir ki, nanə xoş ətri və qoxusu ilə yanaşı, sağlamlıq üçün olduqca faydalı bitkilərdən biridir. Hələ qədim zamanlardan nanədən təbabətdə geniş istifadə olunub. Nanənin tərkibi orqanizm üçün vacib olan A, C, B qrup vitaminlərlə və mikroelementlərlə zəngindir.
Bu bitkinin faydalı xüsusiyyətlərindən ən başlıcası sinir sisteminə müsbət təsiri, əsəbləri sakitləşdirməsi, stressi və gərginliyi aradan qaldırmasıdır. Nanə ürək-damar sistemi üçün də xeyirlidir və infarkt riskini azaldır.
Mədə problemləri olan insanlar üçün nanə ən effektli vasitələrdən biri sayıla bilər. Köp, mədə bulanması, mədənin yanması zamanı bu bitkidən istifadə etmək məsləhət görülür.
Həmçinin o, həzm sistemini normallaşdırır, həzmi asanlaşdırır. Dərinin sağlam və gümrah görünməsində nanə bitkisindən kosmetik vasitə kimi istifadə olunur. İştahından şikayətlənənlər üçün bu bitki təbii dərmandır. Ağızdan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün nanədən istifadə etmək kifayətdir. Xalq təbabətində nanə bitkisindən aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:
-Astma
-Hepatit,
-Xolesistit,
-Qastrit,
-Yuxarı tənəffüs yollarının xəstəlikləri,
-Kişi sonsuzluğu,
-İmpotensiya,
-Ekzema,
-Dəri iltihabı,
- Əsəbi bağırsaq sindromu,
- Öd kisəsi xəstəliyi,
- Soyuqdəymə və qrip.
Nanə bitkisi qurudulmuş və təzə formada istifadə olunur. Dünyanın bir çox ölkələrində nanə çayı ən çox istifadə olunan içkilərdən biridir. Səhərlər bir fincan nanə çayı içmək gün ərzində insanın əhvalına müsbət təsir göstərməklə yanaşı, əsəblərin sakit olmasını da təmin edir. Nanə çayı soyuqdəymə zamanı qızdırmanı aşağı salır və nəfəsalmanı rahatlaşdırır. İsti havalarda nanə çayı ən yaxşı sərinləşdirici içkilərdən biridir.
Nənə çayı qadınlar üçün daha faydalıdır. Menstruasiya zamanı ağrıların qarşısının alınmasında nanə çayından istifadə etmək yetərlidir. Yuxusuzluq zamanı yatmazdan qabaq nanəli çay içmək problemi təbii yolla aradan qaldırır. Nanə çayına limon əlavə etmək onun müalicəvi əhəmiyyətini və faydasını daha da artırır. Üç yaşa qədər uşaqlara nanədən istifadə məsləhət görülmür. Yuxu gətirdiyinə görə sükan arxasına əyləşib uzaq yola hazırlaşanlar nanədən istifadə etməməlidirlər. O cümlədən qan təzyiqi aşağı olanlar da nanədən məhdudiyyətlə istifadə etməlidirlər.
Milli.Az
Sağlamlıq
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Kim ki yüz il yaşamırsa: Nanənin faydaları
24 Avqust 2014 16:04
7 Şərh
Baxış: 58 553

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hər bürc üçün həftənin ən şanslı günü
-
“Putin məndən zəng gözləyir” - Tramp
-
Tramp-Zelenski görüşü başa çatdı - YENİLƏNİB - FOTO
-
Zelenski: Ukraynanın ABŞ-dən dəstək üçün “hər şeyə” ehtiyacı var
-
Azərbaycanlı turistlər pulu nəyə xərcləyir? - ARAŞDIRMA
-
Atəşkəs zəruri deyil – Tramp
-
Zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
-
Tramp: Zelenski indi müharibəni bitirə bilər
-
"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun haqda
-
Bu məşhur markanın iki modeli "ölümcül maşınlar" sırasındadır - FOTO
-
Azərbaycanda zəlzələ oldu
-
İran bu ölkələrlə sərhədə 130 kilometrlik divar çəkdi
-
Bu vərdişlər dişlərinizi məhv edir - Açıqlama
-
Anasının həbsindən sonra Aysunun bu görüntüləri yayıldı - VİDEO
-
Qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqlar haqqında qərar verildi
-
Rusiyada tanınmış azərbaycanlı iş adamı həbs edildi
-
Paşinyan: Avqustun 8-dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq
-
Yorğun hiss edirsinizsə ilk növbədə bunu yoxladın
-
Qarabağı tərk etmiş ermənilər Azərbaycana qayıdacaqmı? - Paşinyandan açıqlama
-
Bakının bəzi ərazilərində qaz olmayacaq - YENİLƏNİB
-
"Biz həm bu gün, həm də gələcəkdə revanş cəhdlərini qətiyyətlə rədd etdik"
-
Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb
-
Brilliant Dadaşovadan Rəqsanənin həbsinə reaksiya - FOTO
-
Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş