Sağlamlıq

Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir

2 Aprel 2026 07:07
Baxış: 38
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəmi bir ovuc ağ ləbləbi yemək mədə yanması və qıcqırmasını qısa müddətdə yüngülləşdirə bilir.

Milli.Az xəbər verir ki, ağ ləbləbi tərkibindəki komponentlər sayəsində mədədəki artıq turşunu balanslaşdırmağa kömək edir. Eyni zamanda, lifli quruluşu ilə həzmi dəstəkləyərək şişkinlik və həzm pozğunluğu kimi şikayətləri də azalda bilir. Xüsusilə yeməkdən sonra və ya gecə saatlarında ortaya çıxan yanma hissi üçün sürətli rahatlıq təmin edir.

Ağ ləbləbi yüngül və arabir baş verən mədə yanmaları üçün faydalı olsa da, şikayətləriniz tez-tez və şiddətlidirsə, bunun altında başqa bir problem ola bilər. Belə hallarda mütləq həkiminizlə məsləhətləşin.

Mədə yanmasına yaxşı təsir edən digər qidalar:
Banan və qovun kimi qələvi (alkali) xüsusiyyətli meyvələr mədə turşusunu balanslaşdırmağa kömək edə bilər.

Brokkoli, kök, yaşıl lobya kimi lifli tərəvəzlər həzmi asanlaşdırır.

Yulaf əzməsi və tam taxıllı çörəklər mədə turşusunu sovura bilər.

Yağsız toyuq və balıq kimi zülal mənbələri mədəni yormur.

Qatıq kimi probiotik tərkibli məhsullar həzm sistemini tənzimləyə bilər. Laktoza dözümsüzlüyünüz yoxdursa, süd də bəzi insanlarda rahatlıq yaradır.

Badam kimi bəzi çərəzlər mədə turşusunu tənzimləməyə kömək edir.

Su, xüsusilə yeməklərdən sonra içildikdə mədə turşusunu durulaşdırır. Zəncəfil və çobanyastığı çayları da mədəni sakitləşdirici təsirə malikdir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.