24 fərqli uşaq qidasının 16-da yüksək səviyyədə ağır metal - arsenik, civə, qurğuşun və kadmiyum aşkar edilib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Florida Səhiyyə Nazirliyi tərəfindən aparılan testlərin nəticələri açıqlanıb.
Rəsmi qurumlar bildiriblər ki, aşkarlanan göstəricilər körpələrin sağlamlığı üçün ciddi risk yarada bilər. Bu səbəbdən valideynlərə istifadə etdikləri məhsullara qarşı diqqətli olmaları və rəsmi açıqlamaları yaxından izləmələri tövsiyə edilib.
Ağır metal səviyyəsi normadan yüksək olan məhsullar arasında aşağıdakı markalar yer alır:
Enfamil
AR Powder, Gentlease Powder, Gentlease NeuroPro Ready to Use, Infant Concentrate, Infant NeuroPro Ready to Use, Infant Powder, Prosobee
Similac
Advance Concentrate Liquid, Advance Powder, Sensitive Powder, Soy Isomil Ready to Feed, Soy Isomil Concentrated Liquid, Soy Isomil Powder, Total Comfort Powder
Kendamil
Xüsusilə keçi südü əsaslı Kendamil Goat
Bubs
Keçi südü əsaslı məhsullar
Mütəxəssislər valideynlərə məhsulların tərkibini diqqətlə oxumağı, mümkün riskləri nəzərə almağı və rəsmi qurumların tövsiyələrinə əməl etməyi məsləhət görürlər.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Fidan
Milli.Az





