Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həkim uşaqlarda ziyillərdən xilas olmaq üçün hansı xalq üsullarının təhlükəsiz olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, uşaqlarda ziyillərin müalicəsində bəzi xalq üsullarından istifadə oluna bilər, lakin bu metodlara yalnız dermatoloqla məsləhətləşdikdən sonra müraciət edilməlidir. Bunu tibb elmləri namizədi, Piroqov Universitetinin Uşaq xəstəlikləri İnstitutunun dosenti Olqa Tarasova deyib.
Onun sözlərinə görə ziyillər daha çox 12-16 yaş arasında müşahidə olunur, lakin məktəbəqədər yaşlı uşaqlarda da kifayət qədər rast gəlinir.
"Demək olar ki, hər ikinci uşaq həyatında heç olmasa bir dəfə bu problemlə üzləşib. Əsas səbəb isə yerli və ya ümumi immunitetin zəifləməsidir. Virus bir çox insanda mövcuddur, lakin o yalnız uyğun şəraitdə özünü göstərir. Dəriyə xırda travmalar, həddindən artıq tərləmə, stress, yorğunluq, vitamin çatışmazlığı, habelə dar geyim və ayaqqabı bu prosesə təkan verir", - deyə Tarasova bildirib.
"Bəzi hallarda ziyillər bir neçə ay ərzində öz-özünə yox ola bilər. Lakin bəzən onlar bir ildən çox müddətdə sağalmaya müqavimət göstərir. Müasir metodlarla ziyili bir-iki prosedurla çıxarmaq mümkündür, amma virusun dəridə tam zəiflədilməsi və təkrarlanmanın qarşısının alınması üçün vaxt və səbr tələb olunur".
Həkim qeyd edib ki, xalq təbabətində çox vaxt çistotel şirəsi və ya əzilmiş sarımsaqdan hazırlanan qarışıqdan istifadə edilir. Lakin bu maddələr yalnız ziyilin özünə tətbiq olunmalıdır ki, sağlam dəriyə yanıq vurmasın. Bundan başqa, ziyilləri sirkə turşusu ilə də yandırmaq olar, amma bu üsul yüksək ehtiyat tələb edir.
"Xüsusilə sirkə turşusundan istifadə çox diqqət tələb edir, çünki kimyəvi yanıq riski böyükdür. Belə üsullara yalnız həkimlə məsləhətləşdikdən sonra başlamaq lazımdır və nəticə də adətən daha gec alınır", - deyə mütəxəssis xəbərdarlıq edib.
Tarasova həmçinin aptek vasitələrinə salisilik turşusu tərkibli plastır və məhlullara, eləcə də krioterapiya üçün xüsusi dəstlərə diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə ziyillərin ən sürətli və effektiv çıxarılması klinika şəraitində yüksək tezlikli radiodalğa aparatı ilə mümkündür.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
-
İşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addım
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq





