Beynimiz xəyalla reallığı ayırd edə bilmir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ-də aparılan yeni bir elmi araşdırma bu mövzuya fərqli yanaşma təqdim edib.
Milli.Az xəbər verir ki, alimlər beynimizdəki bəzi hissələrin həm real görüntü zamanı, həm də təsəvvür edərkən aktiv olduğunu müəyyənləşdiriblər. Əsas diqqət beyində fusiform girus adlanan sahəyə yönəlib. Bu bölgə həm gördüyümüz, həm də təsəvvür etdiyimiz şəkillərdə işə düşür. Lakin burada fərq siqnalın gücündədir: əgər bu sahəyə zəif impulslar gedirsə, beyin bunun xəyal olduğunu düşünür, güclü siqnallar isə görüntünü gerçək kimi qəbul etməsinə səbəb olur.
Araşdırma zamanı iştirakçılara bəzən qısa müddətə xətt şəkilləri göstərilib, bəzən isə heç bir görüntü təqdim edilmədən onlardan bu cür xətləri təsəvvür etmələri istənilib.
Elm adamları bu prosesi fMRI texnologiyası vasitəsilə izləyiblər. Onlar müəyyən ediblər ki, fusiform girus hər iki halda aktiv olsa da, beyin yalnız yüksək siqnal aldıqda "bəli, bu realdır" qərarına gəlir. Maraqlısı budur ki, bu qərarın verilməsində anterior insula adlanan beyin hissəsi də iştirak edir. Bu hissə fusiform girusdan gələn məlumatı analiz edərək, görüntünün real olub-olmadığına qərar verir.
Araşdırmanın əsas çatışmazlığı ondadır ki, hələlik yalnız sadə şəkillər üzərində test edilib. Alimlər gələcək mərhələdə daha mürəkkəb vizual elementlərlə - məsələn, üz cizgiləri, əşyalar və heyvanlarla - təcrübələr aparmağı planlaşdırırlar.
Neyroloq Tomas Peys bu mövzu ilə bağlı bildirib ki, bu nəticə beyin fəaliyyətini və halüsinasiyaların necə baş verdiyini anlamaqda mühüm ipucu verə bilər. Onun fikrincə, beyin bəzən sadəcə siqnalın gücünə baxaraq bir görüntünü gerçək qəbul edə bilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)





