Ölümcül kokteyl - İnfarkta səbəb olan içki barədə xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tərkibində qəhvə və ya enerji içkisi olan sərt alkoqollu kokteyllər infarkta, insulta gətirə bilər.
Milli.Az məlumat verir ki, bu barədə rusiyalı qastroenteroloq Olqa Mayorova xəbərdarlıq edib.
O bildirib ki, bu içkilərin arterial təzyiqi yüksəltmə riski var.
"Alkoqolun enerji içkiləri, ya da qəhvə ilə kokteyli arterial təzyiqin kəskin yüksəlməsinə, hətta hipertonik krizə səbəb ola bilər. Bu, xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün təhlükəlidir, çünki infarkt və ya insultla nəticələnir. Bundan əlavə, hər iki içki sidikqovucu təsirə malikdir ki, bu da ciddi dehidratasiyaya səbəb olur. Bu isə öz növbəsində baş gicəllənməsi, ürəkbulanma və digər simptomlarla nəticələnir", - deyə həkim qeyd edib.
Mütəxəssisin sözlərinə görə, bu cür kokteyllərlə bağlı əsas risklərə həmçinin aldadıcı ayıqlıq hissi də daxildir.
"Enerji içkilərinin tərkibində kofein və digər stimullaşdırıcılar var. Onlar alkoqol sərxoşluğunun əlamətlərini gizlədə bilər. Bu isə insanın əslində nə qədər alkoqol içdiyini dərk etməməsinə gətirib çıxarır, nəticədə, kəskin alkoqol zəhərlənməsi riski artır. Bundan əlavə, araşdırmalar göstərir ki, araq və enerji içkilərindən hazırlanan kokteylləri içən insanlar xəsarət almağa iki dəfə daha çox meyillidirlər. Bu, aktivliyin artması və öz vəziyyətinə nəzarətin azalması ilə əlaqədardır", - deyə Mayorova bildirib.
Həkim bu cür kokteyllərin müntəzəm istifadəsinin asılılıq yaratdığı, mədəaltı vəzi problemlərinə səbəb olduğu, həmçinin şəkərli diabet riskini artıra biləcəyi ilə bağlı da xəbərdarlıq edib.(oxu.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi





