Meymunçiçəyindən necə qorunaq? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir qədər əvvəl Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayaraq ölkədə meymunçiçəyinə yoluxma halının qeydə alındığını bildirdilər. Adətən, belə xəbərlər əhali arasında təşvişlə müşayiət olunur.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan həkim-infeksionist Mərdan Əliyev bildirib ki, meymunçiçəyi xüsusi səpkiləri olan bir xəstəlikdir.
O bildirib ki, bu xəstəliyə yoluxan şəxsin xəstə olduğu kənardan daha aydın görülə bilir:
"Yəni meymunçiçəyi xəstəliyi simptomlarla açıq-aşkar özünü göstərir. Yoluxma zamanı yüksək hərarət, limfa düşünlərinin böyüməsi müşahidə olunur. Bu cür xəstələrdə halsızlıq olur. Bir xəstə xaricə səyahət etdikdən sonra qayıdıb və bundan sonra onda meymunçiçəyi aşkar olunub. Özünün dediyinə görə, o, xaricdə səpkili bir şəxslə təmasda olub. Xəstəliyinin meymunçiçəyi olduğu öz təsdiqini tapıb".
Həkim əlavə edib ki, bu xəstəlik sıx təmas yolu ilə yoluxur.
"Meymunçiçəyi xəstəliyinə uzaqdan, hava-damcı yolu ilə yoluxma ehtimalı çox azdır. Bədən üzərində olan səpkilərin və onun içərisində olan mayenin sağlam dəriyə toxunması, təması yolu ilə bu xəstəlik bir nəfərdən digərinə keçə bilir. Yoluxma qeydə alınan xəstə də təmasda olub və yoluxub, indi isə karantinaya alınıb.
Başqa şəxslərlə sıx təmasda olmayıbsa, başqalarını yoluxdurma ehtimalı yoxdur. Çox güman ki, özü və ailə üzvləri karantinaya alınıblar. Düşünürəm ki, bununla da xəstəlik məhdudlaşar. Xəstəlikdən qorunma üsulu çox sadədir. Əllərində, üzündə səpkilər olan şəxslərlə təmasda olmamaq lazımdır", - deyə həkim qeyd edib.
Qeyd edək ki, 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov





