Sağlamlıq

Yeni il salatlarını hansı yaşda uşağa vermək olar?

29 Dekabr 2024 08:21
Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni il süfrəsində böyüklərlə yanaşı, uşaqların da orqanizmi yüklənir. Azyaşlı uşaqlar isə məhz bayramda ilk dəfə bəzi qidaları dadır.

Milli.Az xəbər verir ki, pediatr Lyubov Andreyevna Yeni ildə aktual olan mayonezli salatların hansı yaşda uşaqlara uyğun olmasından danışıb.

"Mayonezli olivye, paytaxt salatları 8 yaşa qədər uşaqların mədəsi üçün ağır qidadır. Çoxkomponentli qidalar ümumiyyətlə 8-10 yaşdan sonrakı uşaqlara uyğundur. Körpələrə və azyaşlılara vermək mədə-bağırsaq, qaraciyər problemlərinə gətirib çıxara bilər.

Sağlam uşaq belə salatları 10 yaşından yeyə bilər, çünki həzm traktı onu həzm etməyə hazırdır.

Uşaqlara yeni il süfrəsindəkiləri yox, elə öz adət etdikləri yeməkləri verin.

Bayramda uşaqlar arasında həzm pozuntusu, allergiya artır. Uşaqlara çoxlu şirə, bayram şirniyyatları və qarışıq yeməklər verməyin. Tərəvəzli toyuq, ət, oladye, püre və sadə düyü yeyə bilərlər", - o bildirib. (Medicina.az)


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.