Sağlamlıq

Gənclər arasında qorxulu göstəricilər – Bu qidalar xərçəng riskini artırır

22 Sentyabr 2024 01:01
Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng getdikcə gənc qadınlarda və 30 yaşlarında olan insalarda daha tez-tez rast gəlinir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, əvvəllər xərçəng yaşlı insanlarda olan xəstəlik kimi tanınırdı, amma son illər daha erkən yaşlarda bu diaqnoz qoyulur.

Mütəxəssislər həddindən artıq işlənmiş qidaları, tərkibində doymuş yağ, şəkər və duz yüksək olan qidaları daha az istehlak etməyi tövsiyə edir.

Araşdırmalara göstərir ki, emal olunmuş ətlər, qidalar bağırsaq xərçəngi riskini artıra bilər. Hər gün qırmızı ət yeyən adamlarda bağırsaq xərçəngi riski 40 faizə qədər artır.

Mütəxəssislər bildirirlər ki, ətin tərkibindəki nitratlar orqanizmdəki hüceyrələrə zərər verə bilər ki, bu da xərçəng ehtimalını gücləndirir.

2015-ci ildə aparılmış bir araşdırmaya görə, hər gün qırmızı və emal edilmiş ət istehlak edən insanlar həftədə bir dəfə və ya daha az istehlak edənlərə nisbətən bağırsaq xərçənginə tutulma riski 40 faiz daha çox olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.