Mədəaltı vəzi xərçəngi ilə mübarizənin yeni üsulu tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ tədqiqat laboratoriyası "Cold Spring Harbor"dan olan alimlər aşkar ediblər ki, fol turşusu ilə immunoterapiya siçanlarda mədəaltı vəzidə bədxassəli şişlərini məhv edir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, xərçəngin ən effektiv müalicə üsullarından biri immunoterapiyadır. Bu, bədxassəli xəstəliklərin müalicəsində şişi məhv etmək üçün immun sistemin resurslarından istifadə edən bir istiqamətdir. Lakin mədəaltı vəzin axacaq adenokarsinoması olan əksər xəstələr üçün bu terapiya effektiv deyil.
Əvvəllər hesab edilirdi ki, mədəaltı vəzin xərçəngi immun cavab yaratmır, bu da immunoterapiyanın tətbiqini qeyri-mümkün edir. Siçanlar üzərində aparılan yeni tədqiqat zamanı alimlər müəyyən ediblər ki, bu xəstəlik zamanı immun hüceyrələr şişə hücum edə bilir, lakin onun strukturlarına çətinliklə nüfuz edir. Tədqiqatçılar immun reaksiyaların effektivliyini necə artırmağı anlamağa çalışıblar. Məlum olub ki, xərçənglə mübarizədə fol turşusu kömək edə bilər.
Alimlər aşkar ediblər ki, fol turşusu ilə immunoterapiya iki xərçəng əleyhinə molekulun - NKT və I tip interferonların səviyyəsini artırır. NKT hüceyrələri I tip interferon istehsal edir ki, bu da öz növbəsində T hüceyrələrinin daha sürətlə yayılmasına və şişlərə nüfuz etməsinə kömək edir.
Tədqiqatçılar, həmçinin izah ediblər ki, mədəaltı vəzin xərçəngi (MVX) CXCR4 və CXCL12 zülalları vasitəsilə immun hüceyrələrdən qorunur. Lakin şişlər fol turşusu ilə işləndikdə bu müdafiədə "boşluqlar" yaranır ki, bu da immun hüceyrələrə xəstəliyin inkişafını dayandırmağa və bədxassəli törəmələri məhv etməyə imkan verir.
Alimlərin sözlərinə görə, onların kəşfi mədəaltı vəzin xərçənginin müalicəsi üçün yeni dərmanların hazırlanmasına əsas ola bilər. Lakin bundan əvvəl siçanlar üzərində aparılan tədqiqatların nəticələrini insanlara uyğunlaşdırmaq lazım olacaq ki, bu da çətin bir məsələ ola bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)





