Sağlamlıq

Qızmar istidə dondurma yemək təhlükəlidir?

10 İyun 2024 19:39
Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsti havada dondurma yemək insan üçün mənfi nəticələrə gətirib çıxara bilər".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Rusiyanın Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin fiziologiya, insan ekologiyası və biotibbi biliklər kafedrasının dosenti Aleksandr Sozıkin deyib.

Onun sözlərinə görə, isti havada dondurma yemək boğaz ağrısının sürətlə inkişafına səbəb ola bilər.

"İsti havada dondurma yeyəndə hərarətin güclü düşməsi və selikli qişanın qəfil yerli hipotermiyası müşahidə olunur. Nəticədə damarlarda spazma yaranır. Ən çox qoruyucu hüceyrələrin - leykositlərin əmələ gəldiyi badamcıqlar stresə məruz qalır", - deyə mütəxəssis izah edib.

Nəticədə immun hüceyrələrin fəaliyyətinin azalması səbəbindən şərti patogen mikroflora sürətlə çoxalmağa başlayır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.