Sağlamlıq

Hər gün şorba içmək olar?

8 İyun 2024 13:31
Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox şorba həvəskarını maraqlandıran suallardan biri də budur: "Bu yeməyi hər gün içmək olarmı?" 

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər hər gün şorba içməyin heç bir ziyanı olmadığını açıqlayıblar.  

Ancaq yenə də bəzi ehtiyatları əldən verməmək lazımdır. Birincisi, gündəlik şorba içmək məcburi hərəkət deyil.

Şorbaları sevirsinizsə və onları yüngül, az yağlı, orta kalorili və mədə və bağırsaq üçün çox sərt olmayan şəklində hazırlayırsınızsa, o zaman bu yeməkləri hər gün yeyə bilərsiniz. Bu vərdiş yalnız orqanizmə fayda verə bilər.

Yox, əgər şorba həvəskarı deyilsinizsə və mədə-bağırsaq traktınızda heç bir problem yoxdursa, həftədə 2-3 dəfə şorba içməyiniz kifayətdir. 

"Ağır" şorbalar isə gündəlik istehlak üçün uyğun deyil. Buna noxud və göbələk şorbasını misal göstərmək olar. 

Qeyd edək ki, alınma bulyon kublarından hazırlanan şorbalar pis seçimdir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.