Bu dadlandırıcının infarkt və insult səbəbi olduğu açıqlandı - DİQQƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər "ksilitol" adlanan aşağı kalorili süni dadlandırıcının infarkt və insult yarada biləcəyini aşkar ediblər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə məlumat "European Heart Journal"da dərc olunan araşdırmada yer alıb.
Tədqiqatçılar 2004-2011-ci illərdə ürək xəstəliyindən müalicə olunan 1 157 xəstənin və ürək xəstəliyi riski yüksək olan 2 100 nəfərin qan nümunələrini araşdırıblar.
Tədqiqatçılar saqqız və diş pastası kimi bir çox məhsulda istifadə edilən süni dadlandırıcı olan ksilitolun qanın daha asan laxtalanmasına səbəb ola biləcəyini müəyyən ediblər. Onlar laxtalanmanın ürəyə çatdıqda infarkt, beyinə çatarsa, insultla nəticələnə biləcəyini vurğulayıblar.
Araşdırma qrupundan Dr. Stenli Hezen CNN-ə açıqlamasında ksilitolun piylənmə və şəkərli diabet kimi xəstəlikləri olan insanlara alternativ dadlandırıcı olaraq verildiyinə diqqət çəkib. O, bunun ölümcül nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.
Həkim ksilitol üçün aparılan araşdırmaların nəticələrinin eritritola bənzədiyini vurğulayıb.
O, ürək xəstəliyi riski olan insanların qanında yüksək miqdarda ksilitolun olmasının bu xəstəliklərdən əziyyət çəkmə riskini iki dəfə artırdığını vurğulayıb.
Dr.Stenli Hezen şəkərin qlükoza səviyyəsini 10-20 faiz artırmasının normal olduğunu, lakin sağlam könüllülərə tərkibində ksilitol olan içkilər verildikdə onların qlükoza səviyyəsinin 1000 dəfə artdığını diqqətə çatdırıb.
Xatırladaq ki, 2023-cü ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) süni dadlandırıcılardan biri olan aspartamı insanlar üçün "mümkün kanserogen" kimi təsnif edib. Lakin onun gündəlik qəbul həddinin aşılmadığı müddətcə istifadənin təhlükəsiz olduğu açıqlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova





