Sağlamlıq

Bayramda aldığımız kiloları necə verək? – mütəxəssis AÇIQLADI

30 Mart 2024 19:00
Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruzda hər birimizin bayram süfrəsini növbənöv şirniyyatlar, milli yeməklərimiz bəzəyir. Bayramda bolluca paxlava, şəkərbura, qoğal, badambura və saymaqla bitməyən şirniyyatlardan yeyib, kefini çıxartdıq. Lakin bayramda qida rejimi pozulduğuna görə, bu orqanizmdə müəyyən fəsadların yaranmasına səbəb ola bilər.

Maraqlıdır, bəs, bayramdan sonra necə qidalanmalıyıq?

Milli.Az bildirir ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, bayram günmlərində qida rejimi pozulduqda, xüsusilə yemək yemə saatları dəyişdikdə orqanizmdə həzm problemləri yaranır və maddələrdə mübadiləsi pozulur.

Onun sözlərinə görə, bunu bərpa etmək üçün daha tez həzm olunan, kalori miqdarı aşağı olan qidalara üstünlük vermək lazımdır:

"Qida miqdarı isə mütləq şəkildə orqanizmin günlük fiziki aktivliyinə, yaşa və cinsə görə planlaşdırılmalıdır. Səhər yeməklərində daha çox süd məhsulları və  yumurta istehlak etmək lazımdır. Axşam isə qızartma, ağır yağlı və duzlu qidalardan uzaq durmaq vacibdir. Eyni zamanda qəbul edilən su miqdarı da çox önəmlidir. Çünki su qəbul olunmuş artıq çəkini, həzm sistemində yaranan problemləri aradan qaldırır. Gün ərzində 7-8 stəkan su içmək lazımdır. Axşam saatlarında ağır qida istehlak etmək olmaz. Bunun yerinə tez həzm olunan yüngül qidalara üstünlük vermək lazımdır. Mümkün qədər şirniyyatlardan uzaq durmaq lazımdır. Əgər istehlak edilsə, mütləq günün birinci yarısında 150 qramdan çox olmamaq şərtilə istehlak edilsə, daha faydalı olar və enerjiyə çevrilər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.