Sağlamlıq

Anadangəlmə karlığı olan uşaqların eşitmə qabiliyyəti bu vasitə ilə bərpa olunacaq

28 Yanvar 2024 11:28
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər anadangəlmə karlıqdan əziyyət çəkən uşaqların eşitmə qabiliyyətini bərpa etmək üçün gen terapiyasından istifadə ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Tədqiqat Şanxaydakı (Çin) Fudan Universitetində aparılıb. Pasiyentlər OTOF (otoferlin) genindəki mutasiyaların səbəb olduğu otosomal resessiv karlığın spesifik formasından əziyyət çəkiblər. Bu gen səs siqnallarının qulaqdan beyinə ötürülməsi üçün zəruri olan eyniadlı zülalı kodlayır.

Terapiya üçün OTOF geninin işlək versiyasını daşıyan adeno-assosiativ virusdan (AAV) istifadə edilib. O, xüsusi cərrahi əməliyyatla xəstələrin qulaqlarına daxil edilib. Prosedur əvvəlcə siçanlar və insan olmayan primatlar üzərində sınaqdan keçirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.