Sağlamlıq

Baş ağrılarını aradan qaldıran qeyri-adi üsul: Bir çay qaşığı kifayətdir ki...

20 Yanvar 2024 20:20
Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Terapevt Sergey Aqapkin baş ağrılarından qurtulmağın qeyri-adi üsulunu açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, həkim bu barədə "Rossiya 1" kanalında "О samom qlavnom" verilişində deyib. Onun sözlərinə görə, adi zəncəfil kökündən istifadə etməklə baş ağrılarını aradan qaldırmaq olar.

"Onun hətta çox kiçik dozası da kifayət qədər ciddi, farmakoloji dərmanlarla rəqabət aparır", - terapevt bildirib.

Həkim aydınlaşdırıb ki, ağrıkəsicini əvəz etmək üçün bir çay qaşığı zəncəfil tozu kifayətdir. Onu qəhvəyə əlavə etmək olar, çünki kofeinin də ağrıkəsici təsiri var. Nəticədə belə bir içki baş ağrısı ilə mübarizədə təsirli olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.