Zəlzələ qorxusu nədir və ona necə qalib gəlmək olar? - Psixoloqdan açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şiddətindən və yerindən asılı olmayaraq zəlzələ hər kəsi qorxuya salır. Əksər insanlar zəlzələdən sonra təkcə özünün deyil, ailəsinin, yaxın çevrəsinin və bütün dünyanın zərər görəcəyindən narahatlıq keçirir.
Bəs, zəlzələ qorxusu ilə necə mübarizə aparmaq lazımdır?
Milli.Az baku.ws-ə istinadən zəlzələ qorxusundan xilas olmağın yollarını təqdim edir:
Zəlzələdən sonra keçirilən narahatlıqlar:
Yuxu pozğunluqları, kiçik bir hərəkətdən belə qorxmaq, ağlamaq istəyi, sıx narahatlıq hissi, depressiya, davamlı olaraq zəlzələ olacağını düşünmək və zəlzələdə baş verənlərlə bağlı böyük ağrıdan gündəlik həyata davam edə bilməmək.
Biz dünyaya təbii fəlakətlərdən əvvəl təhlükəsiz yer kimi baxırıq. Amma hər təbii fəlakətdən sonra dünya ilə yenidən tanış olur və anlayırıq ki, əslində dünya təhlükəsiz yer deyil. Zaman keçdikcə dünya yenidən təhlükəsiz yer kimi hiss olunur.
Türkiyəli psixoloq İsmail Aykut Öztürk bu məsələni belə izah edir və zəlzələdən sonra yaşanan qorxulara qarşı alınması lazım olan tədbirləri sadalayıb.
Belə anlarda ağlınız pis bir şeyin ola biləcəyinə inanır, ona görə də zəlzələnin baş verməməsi ehtimalı barədə düşünə bilməzsiniz. Çünki narahatlıq və qorxu var. Ancaq dərindən nəfəs alıb həmin anda zəlzələ olmaya biləcəyini düşünmək sizi rahatlaşdıracaq.
Bunu yaşadıqdan sonra ertəsi gün yenidən zəlzələ yaşayacağınızdan qorxursunuz və bu proses davam etdikcə əslində qorxmaqdan qorxacaqsınız.
Sonra ertəsi gün yenidən zəlzələ qorxusunu yaşayacağınızdan qorxursunuz. Bu proses davam etdikcə əslində zəlzələdən yox, həm də qorxmaqdan qorxacaqsınız.
Bütün digər qorxular kimi zəlzələ qorxusu da qəbul olunduqca azalır.
Zəlzələdən sonra insanları ən çox narahat edən qorxu və təşviş kimi görünsə də, əslində bu narahatçılığın yaranmasında "mənfi düşüncələr" ciddi əhəmiyyət kəsb edir. "Yenə zəlzələ olacaq, evdən çıxa bilməyəcəm.", "Sağ qalsam da, sevdiklərim bacarmasa, həyatıma necə davam edəcəyəm?", "Dağıntılar altında qalsam, kim məni xilas etməyin neçə saat çəkəcəyini bilir?", "Mən orada ac-susuz necə qala bilərəm?" Bu kimi fikirlər ağlınıza gəldikdə, onları rədd etmək əvəzinə bu düşüncələrdən qaçmamaq və onlarla üzləşmək lazımdır. Onları yenidən şərh etmək sizi zehni və fiziki cəhətdən rahatlaşdıracaq.
Mənfi düşüncələri rədd etmədən, onlar haqqında düşünməyə davam etmək lazımdır. "Zəlzələ olanda ev yıxılmaya bilər.", "Zəlzələ olsa belə, yaxınlarıma və mənə ziyan dəyə bilməz.", "Eşitdiyim bu səslər zəlzələdən yaranmaya bilər.", " Zəlzələ olduğu üçün yata bilmirəm, amma nə qədər ki, tədbir görməmişəm, yatıb yatmaq arasında heç bir fərq olmayacaq". kimi cümlələr qurmağı da bacarmaq lazımdır. Bu, təkcə neqativlərə deyil, həm də müsbətə diqqət yetirmək üçün yol açır.
Ehtiyat tədbirləri görmək həmişə qorxunu azaldır. Buna görə də riskli binada yaşasanız, zəlzələ çantası hazırlamasanız, zəlzələ zamanı necə davranacağınızı düşünməsəniz və s. qorxu və narahatlıq səviyyəniz artacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
XƏBƏR LENTİ
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib





