Sağlamlıq

Bu idman növü yaddaşı yaxşılaşdırır

19 Noyabr 2023 00:45
Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latın Amerikası rəqs dərsləri əhval-ruhiyyəni yaxşılaşdırmaqla yanaşı həmçinin, fit qalmağa və yaddaşınızı yaxşılaşdırmağa da kömək edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, məlumata görə, alimlər yaşı 55-dən yuxarı olan 333 Çikaqo sakini haqqında məlumatları təhlil ediblər. Bir qrup səkkiz ay ərzində həftədə iki dəfə Latın Amerikası rəqs dərsləri, digər qrup isə bu müddət ərzində həftəlik sağlam həyat tərzi dərslərinə (nəzarət qrupu) qatılıb.

Təcrübənin başlamasından dörd ay sonra bütün iştirakçılar idrak funksiyası və müxtəlif yaddaş növləri üçün sınaqdan keçirilib. Bu mərhələdə hər iki qrup təxminən eyni nəticələr göstərib. Yaddaş tedstlərində isə rəqs qrupu digər qrupu üstələyib.

Bundan əlavə, rəqs edən iştirakçılar rifah və əhval-ruhiyyənin yaxşılaşdığını bildiriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.