Sağlamlıq

Narkotik asılılığının çarəsi tapıldı

28 Oktyabr 2023 10:16
Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın Minas Gerais Federal Universitetinin alimləri narkotik aludəçiləri üçün kokain və onun güclü törəməsi olan krekin istifadəsindən sonra xoş hisslərin yaranmasının qarşısını alan dərman hazırlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Calixcoca" dərmanı artıq siçanlar üzərində sınaqdan keçirilib. Peyvənd orqanizmin immun reaksiyasını işə salır, bu da dərmanların insan beyninə təsirini bloklayır və eyforiya, hallüsinasiya, tormozlanmanın (və ya əsəb gərginliyinin) qarşısını alır.

İndi alimlər peyvəndin optimal dozasını müəyyənləşdirirlər. Bundan sonra dərman insanlar üzərində sınaqdan keçirilə bilər. Alimlər üç mindən çox insanla klinik sınaqda könüllü olaraq iştirak etmələri üçün əlaqə saxlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.