Sağlamlıq

İnsult keçirən insana bunları etməyin!

6 Oktyabr 2023 07:45
Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terapevt İqor Vidyaskin, insult əlamətləri olan bir insana hansı ilk yardım tədbirlərinin göstərilməsinin qadağan olunduğunu söyləyib.

Milli.Az Redaktor.az-a istinadən xəbər verir ki, Vidyaskin ilk növbədə insult keçirmiş insanı lazımsız yerə tərpətməməyə çağırıb. Bu, mümkün zərər riskini minimuma endirmək üçün lazımdır. Qanaxma zamanı udma funksiyası tez-tez pozulduğundan, insult keçirmiş şəxsə həkim resepti olmadan hər hansı dərman vermək, onu qidalandırmaq və ya nəsə içirmək qadağandır.

"Bir insanda insult əlamətləri yarandıqda yeganə düzgün qərar ən qısa zamanda təcili yardım çağırmaqdır", - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.