Sağlamlıq

Acı bibəri gündə iki dəfə yeyin, yoxsa...

3 May 2023 23:05
Baxış: 1 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədviyyat kimi də geniş istifadə edilən acı bibərin fizioloji və farmakoloji təsirləri genişdir. Öd əmələ gəlməsini stimullaşdıran acı bibər xolesterinin orqanizmdən xaric olması üçün vacib olan öd turşularının istehsalını da artırır. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Dilem İrkin Koçan bildirib ki, acı bibər istehlakı maddələr mübadiləsini sürətləndirir. 

Onun sözlərinə görə, acı bibərin lifli quruluşu, acı təsiri bağırsaqları işlədir və qəbizliyin qarşısını alır:

"Acı bibər maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaq istəyən insanlar bundan daha çox istehlak edir. Amma həddindən artıq istehlakdan qaçınmaq lazımdır. Acı bibəri gündə iki dəfə yemək kifayətdir. Əks təqdirdə mədə problemlərinə səbəb ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.