Sağlamlıq

Stresin ürəyə ciddi fəsadı - Kardioloq AÇIQLADI

20 Mart 2022 21:05
0 Şərh     Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir insanın həyatının ayrılmaz hissəsinə çevrilən əsəb, gərginlik və stres ürək xəstəliklərinin yaranma səbəblərindən biridir.

Milli.Az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, stres beyində amiqdala adlanan hissənin yüksək aktivliyi nəticəsində ortaya çıxır ki, bu da ürək xəstəlikləri və insult riskini artırır:

"Kişilər stresə daha meylli olurlar, siqaret çəkən kişilərdə testosteron hormonu çoxalır, bu da ürək və damar sisteminə ziyandır. Qadınlarda isə bu hormon əksinə, qan-damar xəstəliklərinin qarşısını alır. Qadınlarda klimaks dövründə estrogen hormonu azaldıqca ürək xəstəlikləri riski baş qaldırır".

Həkim əlavə edib ki, ürəyin sağlamlığını qorumaq istəyən insan özünü stresdən, həyəcandan qorumalıdır. Fiziki aktivlik stresin ürəyə olan təsirini azaldır. Kifayət qədər yuxu və istirahət ürək sağlamlığı üçün çox vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.