Sağlamlıq

Sinədə hər ağrı infarkt əlaməti deyil - Ürək necə ağrıyır?

25 Mart 2022 21:05
0 Şərh     Baxış: 1 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər döş qəfəsində, sinədə solda hər hansı ağrı meydana çıxıbsa, ağrı olan nöqtəni mütləq əllə yoxlamaq, yüngülcə sıxmaq lazımdır.

Milli.Az xəbər verir ki, həkim kardioloq Koreneviç infarktın simptomlarını açıqlayarkən deyib.

"Tibdə aşağı infarkt adlanan sindrom var. Xəstənin ürəyi infarkt olur, amma ağrı qarındadır. Ona görə qarın ağrısında belə ilk növbədə ürək yoxlanmalıdır.

Hər sinədə, sol tərəfdə olan ağrı infarkt əlaməti deyil. İnfarkt ağrısı qolda, qarında, kürəkdə də ola bilər.

Əgər xəstə konkret olaraq bir nöqtəni göstərib, oranın ağrıdığı deyirsə, həmin hissəni döyəcləmək, yüngülcə sıxmaq lazımdır. Əgər ağrı güclənirsə, deməli, səbəb yuxarı səthdəki sinirlərdir, ürək yox.

Amma istənilən ağrıda, xüsusən kişilərdə mütləq birinci kardioqramma çəkilməldir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory