Sağlamlıq

"Omikron"un yalançı simptomları

13 Mart 2022 15:12
0 Şərh     Baxış: 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Narahatlıq səbəbindən "Omikron" ştammının yalançı simptomları yarana bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı professoru, biologiya elmləri doktoru Ança Baranova deyib.

Onun sözlərinə görə, koronavirus insanda ciddi narahatlığa səbəb ola bilər ki, bu da COVID-19-a işarə edən psixosomatik simptomlara gətirib çıxarır.

Professor qeyd edir ki, koronavirus narahatlığı iki hissədən ibarətdir.

Birincisi, pandemiya ilə bağlı həyəcan, ikincisi, COVID-19-un insan beyninə təsiri ilə bağlı narahatlıqdır:

"Virus beynə təsir edir, o həm də bizim normal proseslərimizi pozaraq təsir göstərir. Kimsə narahatlığa, kimsə depressiyaya, kimsə başqa bir şeyə daha çox meyllidir və bunların hamısı normal bir fenotipdədir".

O, əlavə edib ki, koronavirus infeksiyası zamanı iltihab və neyroiltihab nəticəsində insan orqanizmində bəzi proseslər kəskinləşə bilər. Sağaldıqdan sonra normal formaya qayıdırlar və bununla əlaqədar xəstənin vəziyyəti yaxşılaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.