Sağlamlıq

Qocalmanın 3 DÖVRÜ: birinci mərhələ 34 yaşında başa çatır, sonra...

31 Dekabr 2021 20:04
0 Şərh     Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Stenford Universitetinin alimləri insanın qocalma prosesinin üç mərhələsindən danışıblar.

Milli.Az xəbər verir ki, bu barədə "Nature Medicine" məlumat yayıb.

18 yaşdan 95 yaşa qədər olan 4263 şəxsin qan analizinin genişmiqyaslı tədqiqi nəticəsində insanların üç mərhələdə qocaldığı üzə çıxıb. Bu qocalma dövrlərində insan qan plazması zülalında əhəmiyyətli qeyri-xətti dəyişikliklər baş verir.

Deməli, orqanizmin yetişməsinin birinci mərhələsi 34 yaşında başa çatır. Sonra 60 və 78 yaşlarında yaşa bağlı əhəmiyyətli dəyişikliklər baş verir.

Alimlər hesab edirlər ki, qocalmanın öyrənilməsinə müasir yanaşma gələcəkdə yaşa bağlı xəstəliklərlə mübarizə aparmaq üçün effektiv dərman vasitələrinin yaradılmasına gətirib çıxaracaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.